ABŞ Ukrayna məsələsinə qarışmamalı idi

ABŞ Avropanın problemi olaraq qalmalı olan Ukrayna münaqişəsinə qarışmamalı idi. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. “Düşünürəm ki, nə isə olacaq. Olmayacaqsa, sadəcə uzaqlaşacağam və onlar davam edəcəklər. Bu, Avropada qalmalı idi, lakin biz bu işə qarışdıq. Ona görə ki, öncəki administrasiya qəti şəkildə qarışmaq istədi. Belə olan halda, biz pul və digər məsələlər baxımından Avropadan daha çox bu işə cəlb olunduq”, – deyə Ağ Ev rəhbəri bildirib.

Daha çox

Kral Çarlz Co Baydenə xərçəng diaqnozu ilə bağlı dəstək məktubu göndərib

Böyük Britaniya Kralı III Çarlz prostat xərçəngi diaqnozu qoyulan ABŞ-ın sabiq Prezidenti Co Baydenə dəstək məktubu ünvanlayıb. SİA “Independent”ə istinadla xəbər verir ki, hazırda özü də xərçəngdən müalicə alan Kral Çarlz, Baydenin diaqnozu ilə bağlı açıqlamadan sonra ona ən xoş arzularını çatdırıb. Kral və Baydenin münasibətləri çox səmimi kimi xarakterizə olunur. Onlar sonuncu dəfə 2023-cü ilin iyul ayında Vindzorda çay süfrəsi və ikitərəfli danışıqlar çərçivəsində görüşüblər. Qeyd edək ki, Co Bayden 2022-ci ildə Kraliça II Elizabetin dəfn mərasimində iştirak edib. Bundan əvvəl isə, 2021-ci ildə Qlazqoda keçirilən COP26 sammiti zamanı,…

Daha çox

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə 50 ailə – 207 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən…

Daha çox

Azərbaycan və Türkiyə Şimali Qafqaz investisiya layihələrinə maraq göstərir

Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan investorlar investisiya layihələrində iştirak baxımından Şimali Qafqaz Federal Dairəsinin regionlarına maraq göstərirlər. SİA xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Rossiya 24” telekanalına müsahibəsində bildirib. O xatırladıb ki, ötən il Çeçenistanda keçirilən Qafqaz İnvestisiya Forumuna 33 ölkədən nümayəndə heyətləri gəlib. “Biz ərəb ölkələri, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Azərbaycan tərəfindən marağı görürük. Yəni yaxınlıqda olan qonşular. Bu, təkcə turizmə deyil, həm də kənd təsərrüfatına, sənayenin inkişafına müxtəlif sektorlara qoyulan sərmayədir”, – deyə baş nazirin müavini qeyd…

Daha çox

Pandemiya sazişi qəbul edildi

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr mayın 19-dan 27-dək Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 78-ci sessiyasında pandemiya ilə mübarizə üzrə sazişin qəbul edilməsinə səs verib. SİA xəbər verir ki, iclasda iştirak edən 124 üzv ölkə sazişin lehinə səs verib. 11 ölkə bitərəf qalıb. Onlar arasında İsrail, İran, İtaliya, Polşa, Rusiya və Slovakiya var. Müqavilənin təsdiqlənməsi üçün 83 səs çoxluğu tələb olunurdu. Bu saziş gələcək pandemiya təhdidlərinin qarşısının alınması və cavab tədbirlərinin görülməsində qlobal əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Layihəyə əsasən, ÜST ölkələri patogenlərə çıxış və faydaların bölüşdürülməsi sistemi yaratmağı və peyvəndlərin,…

Daha çox

“Netflix” süni intellekt reklamlarını seriallara inteqrasiya etməyi planlaşdırır

2026-cı ildə striminq xidməti süni intellekt tərəfindən yaradılmış reklamı təqdim etməyə başlayacaq, həmin reklam şounun ortasında və ya istifadəçi reklamla dəstəklənən planlarında pauza düyməsini basdıqda nümayiş olunacaq. Bu barədə SİA xarici mətbuata istinadla xəbər verir. “Netflix”in reklamçılar üçün təşkil etdiyi “Upfront” tədbiri zamanı şirkətin reklam üzrə prezidenti Ami Reynhard, istifadəçi kontentinin yaradılması üçün generativ süni intellektdən istifadə edən interaktiv reklamın gələcək funksiyasını nümayiş etdirib. Bununla belə, hədəfləmənin necə işlədiyinin təfərrüatları qeyri-müəyyən olaraq qalır. Videoların baxış tarixçəsinə və ya izləyicinin hazırda baxdığı məzmuna əsaslanaraq uyğunlaşdırılacağı ilə bağlı heç bir izahat verilməyib.…

Daha çox

Kir Starmerin mülklərində törədilən yanğınlarla bağlı üçüncü şəxs saxlanılıb

Böyük Britaniyanın Baş naziri Kir Starmerin şəxsi mülklərində törədilən yanğınlarla bağlı üçüncü şəxs də saxlanılıb. SİA BBC-yə istinadla xəbər verir ki, 34 yaşlı şübhəli şəxs bazar ertəsi səhər saatlarında Londonun cənub-qərbində yerləşən Çelsi bölgəsində tutulub. Ona qarşı insan həyatını təhlükəyə atmaq məqsədilə qəsdən yanğın törətmək üçün sui-qəsd ittihamı irəli sürülüb. Bu hadisə ilə bağlı bundan əvvəl daha iki nəfər saxlanılmışdı. Yanğınlar “Kentish Town” ərazisində avtomobilin yanması, Baş nazirin həmin küçədə yerləşən şəxsi evində baş vermiş yanğın və onun daha əvvəl yaşadığı digər ünvanda qeydə alınan hadisə olmaqla üç ayrı insidenti…

Daha çox

Ərdoğandan yeni Konstitusiya mesajı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib. SİA “Haberler.coma”a istinadən xəbər verir ki, o bu barədə 19 May – Atatürkü Anma, Gənclik və İdman bayramı münasibətilə keçirilən tədbirdə danışıb. “Yeni Konstitusiyanın hazırlanması istiqamətində işlərini davam etdirilir. Bunu təxirə salmaq mümkün deyil. 20 il əvvəl hazırlanmış Konstitusiya ilə daha davam edə bilmərik”, – deyə Türkiyə lideri bildirib. Qeyd edək ki, Türkiyədə 1980-ci ildə baş vermiş hərbi çevrilişdən sonra 1982-ci ildə yeni Konstitusiya qəbul edilib və o, ciddi dəyişikliklərə məruz qalsa da, hələ də qüvvədədir.

Daha çox

Vulkan püskürdü, əhaliyə xəbərdarlıq edildi

İndoneziya Levotobi Laki-laki vulkanı ilə bağlı xəbərdarlıq səviyyəsini ən yüksək səviyyəyə qaldırıb. SİA xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya Agentliyi məlumat yayıb. Bildirilib ki, İndoneziyanın şərqindəki Flores adasında yerləşən vulkan mayın 18-də səkkiz dəfə 3-5,5 kilometr hündürlüklərə kül püskürüb. Mayın 19-da səhər saatlarında da püskürmə baş verib. Səlahiyyətlilər əhalini və turistləri vulkanın ən az 6 kilometr uzaqlığında qalmağa çağırıb. Bundan əlavə, güclü yağışlar başlayarsa, kraterdən ətraf əraziyə soyuq lava axını ola biləcəyi barədə xəbərdarlıq edilib.

Daha çox