Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib

Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – “GlobE Network” çərçivəsində altıncı plenar iclasındakı çıxışında deyib. O bildirib ki, təkcə ötən il Azərbaycan BMT-nin COP29 İqlim Konfransına və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik toplantısına ev sahibliyi edib, hüquq-mühafizə orqanlarının ətraf mühit cinayətlərinə qarşı mübarizəsinə dair yüksək səviyyəli sessiya da daxil olmaqla, bir sıra vacib tədbirlər uğurla təşkil olunub: “Azərbaycan “GlobE Network”ün fəal üzvü olaraq…

Daha çox

Avropa liderləri Trampın Putinlə telefon danışığı barədə nə deyirlər?

Bəzi detallar açıqlanır… …İtaliya, Almaniya, Finlandiya liderləri və Avropa Komissiyasının sədri mayın 19-da axşam ABŞ prezidenti Donald Trampla onun Rusiya lideri Vladimir Putinlə telefon danışığını müzakirə ediblər. Almaniya kansleri Fridrix Merz özünün X səhifəsində ictimaiyyəti əmin edib ki, o, Ukraynaya yardım göstərməyə və eləcə də onun başlatdığı müharibəni dayandırmaq üçün Rusiyaya təzyiq göstərməyə davam edəcək. …Avropa və Amerika burada çox birləşib: Biz Ukraynanı atəşkəsə gedən yolda yaxından müşayiət edəcəyik. Avropa sanksiyalar vasitəsilə Moskvaya təzyiqi artıracaq. Putinlə danışıqlardan sonra ABŞ prezidenti ilə bu barədə razılığa gəldik. SİA-nın məlumatına…

Daha çox

İlham Əliyev “GlobE Network”un altıncı plenar iclasının iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – “GlobE Network”un altıncı plenar iclasının iştirakçılarına müraciət ünvanlayıb. SİA xəbər verir ki, müraciəti Azərbaycanın Baş prokuroru Kamran Əliyev səsləndirib. “Hörmətli tədbir iştirakçıları, Sizi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin Bakı şəhərində keçirilən 6-cı Plenar iclasında səmimi-qəlbdən salamlayıram. Bu mühüm tədbirin məhz ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən yüksək etimadın və beynəlxalq aləmdə artan nüfuzumuzun bariz nümunəsidir. Dünyanın müxtəlif hüquq sistemlərini təmsil edən çoxsaylı peşəkarları bir araya gətirən…

Daha çox

Azad edilmiş torpaqların sülhün hökm sürdüyü məkana çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir

İşğal olunmuş ərazilərdə illər ərzində resursların qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürüb. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – “GlobE Network”un altıncı plenar iclasının iştirakçılarına müraciətində deyilir. Dövlət başçısı qeyd edib ki, işğala son qoyulması suverenliyin və ədalətin bərpası ilə yanaşı həmin ərazilərə həyatın qayıdışı ilə müşayiət olunan yeni bir mərhələnin başlanğıcı olub: “Azad edilmiş torpaqların tərəqqi və sülhün hökm sürdüyü məkana çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir. Azərbaycan bu…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Mayın 19-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.32% – 42,792.07 bəndədək, S&P 500 indeksi 0.09% – 5,963.60 bəndədək, Nasdaq indeksi isə 0.02% – 19,215.46 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 19-də FTSE 100 indeksi 0.17% – 8,699.31 bəndədək, Almaniyanın DAX indeksi 0.70% – 23,934.98 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.04% – 7,883.63bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.02% artaraq 1.1242 dollar təşkil edib.

Daha çox

Bakıda “GlobE Network” çərçivəsində altıncı plenar iclas keçirilir

Bakı şəhəri BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – “GlobE Network” çərçivəsində altıncı plenar iclas keçirilir. SİA xəbər verir ki, tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu, o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir. Panellərdə, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış planlaşdırılır.

Daha çox

Əmtəə bazarlarında qızıl yenidən ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,57% azalaraq 3 215 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,65% azalaraq 32,3 ABŞ dolları olub.

Daha çox

Dünya bazarlarında neftin qiyməti enib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 0,35% azalaraq 1 barelə görə 65,31 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,32% azalaraq 61,94 ABŞ dollarına bərabər olub.

Daha çox

Bakıda 12 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 8. Babək prospekti, mərkəz…

Daha çox