“Əsas prioritet istiqamət yaşıl iqtisadiyyatdır”

“Biznesin qeydiyyatı, tənzimləyici çərçivələr, maliyyələşdirmə və investisiya imkanları bu təlimat kitabçasında əsas mövzulardan biridir. Lakin onun tam potensialına çatması üçün CRICA-ya üzv bütün ölkələrin töhfə və təcrübələri ilə daha da zənginləşdirilməsi zəruridir. Üzv ölkələrin təcrübələri, uğurlu nümunələri və tövsiyələri bu vəsaiti regiondakı sahibkarlar və ümumilikdə sahibkarlıq fəaliyyəti üçün daha əhatəli və faydalı bir resursa çevirəcəkdir”. SİA xəbər verir ki, bunu KOBİA-nın və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar iclası zamanı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə…

Daha çox

“Qazaxıstan yüksək texnoloji potensiala malikdir”

“Elektron Ticarət Şurası qarşılıqlı etimadın gücləndirilməsi, yeni biznes əlaqələrinin qurulması və elektron ticarətin inkişafı və inteqrasiyası yollarının axtarışı kimi ortaq məqsədlərlə bir araya gəlmiş aparıcı ekspertləri və sahibkarları birləşdirir”. SİA xəbər verir ki, bunu KOBİA-nın və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar iclası zamanı Qazaxıstan Beynəlxalq Ticarət Palatasının İdarə Heyətinin Sədri, İdarə Heyətinin Üzvü – “Atameken” MSK Rəyasət Heyəti Sədrinin Sənaye Kooperasiyası və Qlobal Dəyər Zəncirlərində (GVC) kiçik və orta sahibkarlığın iştirakı üzrə Katibliyinin rəhbəri Murat Kərimsakov deyib. Onun sözlərinə…

Daha çox

Tibb, təhsil və sosial müdafiə müəssisələrində yeni qida normaları təsdiq ediləcək

Azərbaycanda minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tibb, təhsil və sosial sahəyə aid müəssisələrdəki şəxslərin qida normalarını müəyyən edəcək. SİA xəbər verir ki, bununla bağlı “Yaşayış minimumu haqqında” qanunda dəyişiklik olunması təklif edilir. Sənəd Milli Məcisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünki iclasında müzakirəyə çıxarılıb. İclasda bildirilib ki, qanun layihəsi ölkə ərazisində tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılması və yeni qida normalarının müəyyən edilməsi məqsədilə hazırlanıb. Hazırda qeyd olunan müəssisələrdə…

Daha çox

“İnanc hər zaman var və var olacaqdır”

“İnanc hər bir insanın fitrətində, yəni yaradılışında var”. Bu sözləri SİA-ya açıqlamasında Ffd, Azərbaycan İlahiyyat institutunun müəllimi, İlahiyyat məscidinin imamı Vüqar Səmədov deyib. O bildirib ki, insanın digər canlılardan əsas fərqi bundadır ki, insan düşünən canlıdır: “Varlığının anlamını sorğulayan başqa bir canlıda belə bir şey yoxdur. Bunu qəbul etməliyik ki, dünyaya gəlməkdə, cinsiyyətimizi, milliyətimizi, anamızı, atamızı və s. kimi xüsusları təyin etməkdə bizim rolumuz, iradəmiz yoxdur. Dünyaya məruz qalırıq və dünyada fitrətimiz gərəyi məna axtarmağa başlayırıq. Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir. Din dedikdə…

Daha çox

Azərbaycanda attraksionların təhlükəsizliyi ilə bağlı reqlament hazırlanıb

Azərbaycanda “Attraksionların təhlükəsizliyi haqqında” texniki reqlament layihəsi ictimai müzakirəyə çıxarılıb. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur. Layihə Azərbaycan ərazisində attraksionların təhlükəsizliyinin təmin olunması, onlara dair məcburi tələblərin müəyyənləşdirilməsi və attraksionların istehlak bazarında sərbəst dövriyyəsinin təmin edilməsinə dair əsas tələbləri əhatə edir. Gələcəkdə attraksionların təhlükəsizliyinə dair digər texniki reqlamentlər qəbul olunduğu halda, ölkə ərazisində fəaliyyət göstərən attraksionlar həmin bütün normativ sənədlərin…

Daha çox

“Bıçaq gəzdirən gənc sonradan bıçaqlamağa qurban axtarır”

“Son dövrlərdə yuxarı sinif şagirdləri arasında insidentlərin baş verdiyinin şahidi oluruq”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. O bildirib ki, bu insidentlər nəticəsində yaralanma və ölüm hadisələri də yaşanır: “Təəssüf ki, bir neçə gün öncə Gəncə şəhərində bir məktəbli vəhşicəsinə qətlə yetirilib. Hələ istintaq davam etdiyindən bu barədə dəqiq məlumat vermək mümkün deyil. Ancaq bir fakt bəllidir ki, məktəbli vəhşicəsinə öldürülüb. Son 10 ildə müşahidə etsək görərik ki, insanlar əvvəlki illərə nisbətən daha çox aqressivləşiblər. Bunun bir çox səbəbləri var. Bunlardan biri də…

Daha çox

ASCO-nun “Nəsimi” tankeri təmir edilib

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Nəsimi” tankerinin tərsanə təmiri başa çatıb. SİA ASCO-ya istinadən xəbər verir ki, təmir işləri qısa müddətdə həyata keçirilib və “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb. Məlumata əsasən, təmir zamanı tankerin sualtı və suüstü hissələri, maşın şöbəsindəki mexanizmlər, gəminin baş göyərtəsi təmizlənərək rənglənib. Gəmi üzrə klapanların təmiri və ağac emalı, eləcə də gövdə-qaynaq, elektrik-quraşdırma işləri yerinə yetirilib. Həmçinin tankerdə rabitə və elektroradionaviqasiya avadanlıqları təmir edilib. Nasaz vəziyyətdə olan ehtiyyat hissələr yenisi ilə əvəz olunub.…

Daha çox

Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman prioritet kimi qəbul edib

Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli, həm də beynəlxalq prioritet kimi qəbul edib. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – “GlobE Network”un altıncı plenar iclasının iştirakçılarına müraciətində deyilir. Dövlət başçısı bildirib ki, bu istiqamətdə hüquqi və institusional çərçivəmiz Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əsasında formalaşıb: “Bu qurumlar rəqəmsal transformasiya, açıq hökumət prinsipləri və beynəlxalq əməkdaşlıq vasitəsilə şəffaflıq və hesabatlılığın möhkəmləndirilməsində mühüm rol oynayır”.

Daha çox

Azərbaycanda valyuta əməliyyatları ilə bağlı tələb dəyişib

“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nda və 20 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nda dəyişiklik edib.SİA xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər, eləcə də banklar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət…

Daha çox

Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır

Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır. SİA xəbər verir ki, bunu Bakıda keçirilən bunu Baş prokuror Kamran Əliyev BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – “GlobE Network” çərçivəsində altıncı plenar iclasındakı çıxışında deyib. Onun sözlərinə görə, cəza təqibi ilə yanaşı, institusional islahatlar, ictimai maarifləndirmə, rəqəmsal texnologiyaların tətbiqi və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə geniş tədbirlər həyata keçirilir: “Prezidentin müraciətində də qeyd edildiyi kimi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu sahədə əlaqələndirici və aparıcı rola malikdir.…

Daha çox