İcra sənədi üzürsüz səbəbdən icra edilməməsinə görə ödəniləcək rüsumlar artılır
Daha çoxDay: May 20, 2025
Azərbaycanda dövlət şirkətlərinin səhmlərinin yerləşdirilməsi sadələşdirilir
Azərbaycanda dövlətə məxsus səhmdar cəmiyyətlərinin səhmlərinin yerləşdirilməsi prosesi sadələşdirilir. SİA xəbər verir ki, bununla bağlı “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik olunması təklif edilir. Sənəd Milli Məcisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünki iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, bundan sonra dövlətə məxsus səhmdar cəmiyyətlərinin yeni səhmlərini dövlət orqanları (qurumları) və yaxud bütün səhmləri dövlətə məxsus digər səhmdar cəmiyyətləri əldə ediləcəyi təqdirdə həmin qiymətli kağızlar Azərbaycan Mərkəzi Bankının onların buraxılışını dövlət qeydiyyatına alması ilə yerləşdirilmiş hesab ediləcək.
Daha çoxİnzibati xəta haqqında qərarların elektron informasiya sisteminə daxil edilməsi qaydaları dəyişir
İnzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar barəsində məlumatlar 24 saat müddətində elektron informasiya sisteminə daxil ediləcək. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, informasiya sisteminə aşağıdakı məlumatlar əlavə ediləcək: – inzibati xəta törətmiş şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi),…
Daha çox“Çində transsərhəd e-ticarət bazarı dinamik şəkildə inkişaf edir”
“Çin, ətrafındakı 120-dən çox şəhərlə birlikdə 165 transsərhəd e-ticarət üzrə rəqabətqabiliyyətli mərhələ müəyyən etmişdir. Bu, Çini dünyanın ən böyük transsərhəd e-ticarət mərkəzlərindən birinə çevirmişdir. Bu prosesdə Polşa kimi ölkələr də iştirak edir”. SİA xəbər verir ki, bunu KOBİA-nın və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar iclası zamanı CICA Biznes Şurasının Çin ofisinin direktoru, İnvestisiyaların Təşviqi Departamentinin direktoru Sheng Guofei video- görüntü formatında deyib. Onun sözlərinə görə, Çinin Ticarət Nazirliyi daxil olmaqla doqquz hökumət strukturu transsərhəd e-ticarətin təşviqinə dəstək verir: “Onlar…
Daha çoxDövlət Agentliyi 4 ayda 20 inzibati xətaya dair protokol tərtib edib
Bu ilin yanvar-aprel aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən 20 inzibati xəta ilə bağlı protokol tərtib edib. SİA xəbər verir ki, bu protokollardan 14-ü hüquqi, 6-sı isə fiziki şəxslər barədə olub. İstehlakçıların malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, istehlak xüsusiyyətlərinə və ya keyfiyyətinə dair az miqdarda aldadılmasına görə 13 inzibati protokol hazırlanıb. İstehlakçının hüquqlarını qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə 2 protokol tərtib olunub. Dərman vasitəsinin Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətdən baha qiymətə…
Daha çoxRuben Vardanyanın cinayət işi üzrə məhkəmə keçirilir
Bakı Məhkəmə Kompleksində müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. SİA xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə veriblər. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma),…
Daha çoxBakıda AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası öz işinə başlayıb
Bakıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası keçirilir. SİA xəbər verir ki, hibrid formatda təşkil olunan tədbirdə AQEM-ə üzv dövlətlərdən rəsmi şəxslər iştirak edir. Tədbirin məqsədi AQEM-ə üzv dövlətlər arasında sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirmək, xüsusilə kiçik və orta biznesin (KOB) dəstəklənməsi, sərhədlərarası tərəfdaşlıqların qurulması, habelə regionda dayanıqlı, innovativ və inklüziv iqtisadi artımın təşviqinə yönəlmiş təşəbbüsləri irəliyə aparmaqdır. AQEM-in Biznes Şurasının Plenar İclasında KOB-ların inkişafını təşviq edən əsas məsələlər…
Daha çoxOnlayn formada kəbin kəsdirmək nə dərəcədə düzgündür?
“Son vaxtlar bəzi insanlar onlayn platformalar üzərindən dini nikah (kəbin) bağlayır. Bu hal nə dərəcədə düzgündür? Bu məsələ həm dini, həm hüquqi, həm də sosial baxımdan ciddi müzakirə tələb edir. Onlayn formada yəni görüntülü zəng vasitəsilə ruhani tərəfindən nikah kəsilməsi, bəzi hallarda şəriətə uyğun hesab oluna bilər, amma burada fikir ayrılığı böyükdür”. Bu sözləri SİA–ya açıqlamasında Neftçala şəhəri “Sahib Əzzaman” məscidinin imamı, dini və ictimai xadim Qorxmaz Paşayev deyib. Onun sözlərinə görə, İslamda nikahın əsas şərtləri var: tərəflərin razılığı, şahidlərin iştirakı, mehrin müəyyən olunması və nikahın elan olunması: “Əgər bunlar…
Daha çox“KOB-lar iqtisadiyyatımızın onurğa sütununu təşkil edir”
“Bu ilin fevral ayında Bakıda cənab Orxan Məmmədovla keçirdiyimiz görüş zamanı, Biznes Şurası çərçivəsində KOB-ların rəqəmsallaşdırılmasına dəstək, yaşıl iqtisadiyyata keçid və qadın sahibkarlığının təşviqi ilə bağlı təşəbbüsləri müzakirə etdik. Bu məsləhətçi orqan, KOB-ların, assosiasiyaların və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək, bu mühüm iqtisadi hədəflərin reallaşmasında təməl rol oynayacaq”. SİA xəbər verir ki, bunu KOBİA-nın və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar iclası zamanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Yaratma Tədbirləri üzrə Konfransın (CICA) Baş katibi, səfir Kayrat Sarıbay deyib.…
Daha çox“”İnformasiya Vətəni”nin keşikçiləri, onu qoruyan əsgərləri jurnalistlərdir”
“Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncam və tədbirlər planı əslində milli bayrama çevriləcəkdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, nəticə etibarilə hər bir ölkənin milli mətbuatı onun ən intellektual institutlarından biridir: “Cəmiyyəti maarifləndirən institutdur. İctimai rəyin, ictimai şüurun keyfiyyətini təyin edir. Eyni zamanda milli enerjini milli məqsədlər uğrunda səfərbər edə bilir. Mətbuatın çoxsaylı funksiyaları ilə bərabər bir funksiyası da dediyimiz məsələlərdir. Bu isə bir millətin inkişafı üçün çox mühüm platforma yaradır. Ona görə də, daima Azərbaycan Prezidenti tərəfindən Azərbaycan mediasına diqqət…
Daha çox