…Rus turistlər on məşhur ölkədə rublu yerli valyutaya dəyişə bilərlər. Belə ölkələr arasında Türkiyə, Çin, Qazaxıstan, Gürcüstan və bir çox başqa ölkələr var.
SİA-nın məlumatına görə, 2013-cü ildən əvvəl dövriyyəyə buraxılmış dollarların dəyişdirilməsinin çətinliyi ilə bağlı vəziyyət ötən ilin payızında aktuallaşıb.
BƏƏ və Türkiyə kimi bəzi ölkələrdə ödənişlər üçün yeni üslubda dollar tələb olunur, Cənub-Şərqi Asiya ölkələrində isə köhnə əskinaslar daha az sərfəli məzənnə ilə dəyişdirilir. Valyutadəyişmə məntəqələri və bankların təhlili təsdiq edib ki, rubl Türkiyə, Qazaxıstan, Gürcüstan, Ermənistan, Azərbaycan və Özbəkistan kimi ölkələrdə həm hava limanlarında, həm də şəhər filiallarında dəyişdirilə bilər.
Çində rublun dəyişdirilməsi yalnız hava limanlarındakı mübadilə məntəqələrində, BƏƏ, Cənubi Koreya, Tailand və Macarıstanda isə yalnız şəhər banklarında mümkündür.
Lakin Yaponiya, Misir, Fransa, Vyetnam, Tanzaniya, Cənubi Afrika, Venesuela və Braziliyada banklarda və valyutadəyişmə məntəqələrində rublun yerli valyutaya dəyişdirilməsi mümkün deyil.
Nazlı Almuradova