Rumıniyada prezident seçkilərinin nəticəsi məlum olub

Rumıniyada prezident seçkilərinin ikinci turunun nəticəsi məlum olub. SİA xəbər verir ki, paytaxt Buxarestin meri Nikuşor Dan böyük fərqlə ifrat sağçı namizəd Jorj Simionu qabaqlayıb. 1969-cu ildə Faqaras şəhərində anadan olmuş Dan ixtisasca riyaziyyatçıdır. O, 2 dəfə beynəlxalq olimpiadada qalib olub, 90-cı illərdə Sorbon Universitetində doktorluq dissertasiyası müdafiə edib. Nikuşor Dan aktiv siyasi fəaliyyətdə başlıca olaraq qanunsuz məskunlaşma ilə mübarizəsinə görə yadda qalıb.

Daha çox

Britaniyalı alpinist 19-cu dəfə Everestə qalxaraq yeni rekord müəyyənləşdirib

Britaniyalı dağ bələdçisi Kenton Kul 19-cu dəfə Everest zirvəsinə qalxaraq, bu zirvəyə ən çox çıxan xarici alpinist, yəni Nepalın yerli dağ bələdçiləri olan şerpalardan olmayan şəxs kimi öz rekordunu yeniləyib. SİA “Independent”ə istinadla xəbər verir ki, 51 yaşlı Kenton Kul bir neçə başqa alpinistlə birlikdə dünyanın ən yüksək zirvəsi olan 8 849 metr hündürlükdəki Everest dağının zirvəsinə qalxıb. İlk dəfə 2004-cü ildə Everestə qalxan Kul həmin vaxtdan bəri demək olar ki, hər il zirvəyə dırmanıb. O, daha əvvəl Everest, Lhotse və Nuptse zirvələrinə ardıcıl qalxaraq bazaya qayıtmadan “Everest üçlüyü”nü tamamlayan…

Daha çox

Netanyahu Qəzzada qələbə vəd etdi

Əməliyyatın bir-biri ilə əlaqəli iki məqsədi var. Bunlar HƏMAS-ın məhvi və girovların azadlığına nail olmaqdır. Biz hər ikisinə nail olacağıq. SİA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu etdiyi videomüraciətdə deyib. O, Qəzza zolağında qələbə qazanacaqlarını bildirib, lakin Dohada atəşkəslə bağlı davam edən danışıqlara toxunmayıb. Netanyahu həmçinin qeyd edib ki, İsrail terrorçuların və oxşar elementlərin (İsrail ərazisinə – red.) sızmasının qarşısını almaq üçün Qolan təpələrindən Eylata qədər İordan çayı boyunca sədd yaradacaq.

Daha çox

Bayden xərçəng xəstəliyinin ağır formasına yoluxub

ABŞ-In keçmiş prezident Co Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub. SİA-nın məlumatına görə, bu barədə onun şəxsi ofisinin yaydığı bəyanatda deyilir. Bildirilir ki, xəstəlik 5-ci dərəcəli metastazla onun sümüklərinə keçib. Məlumata əsasən, hazırda Bayden və ailəsi həkimləri ilə birlikdə müalicə variantlarını nəzərdən keçirirlər.

Daha çox

Bu şəhərdə Atəşkəs Komitəsi yaradıldı

Birləşmiş Millətlər Təşkilatının Liviyada Dəstək Missiyası (UNSMIL) və Prezident Şurası Tripolidə atəşkəs rejimini qorumaq üçün atəşkəs komitəsi yaradıb. SİA xəbər verir ki, bu barədə UNSMIL-in “X” sosial şəbəkəsində bəyanatında deyilir. “Liviya Ordusunun Baş Qərargah rəisi, general-mayor Məhəmməd əl-Həddadın rəhbərlik etdiyi komitənin yaradılması bütün tərəflərin gərginliyin daha da artmasının qarşısını almaq və öhdəliklərinə əməl olunmasını təmin etmək öhdəliyini əks etdirir”, – nəşr qeyd edir. Missiya həmçinin “dərhal, daimi və qeyd-şərtsiz atəşkəsə” çağırıb. Mayın 12-də Tripolidə şiddətli toqquşmalar başlayıb. Yerli Daxili İşlər Nazirliyi şəhərdə Misrata Briqadasının dəstəklədiyi 44-cü Döyüş Briqadası ilə Təhlükəsizlik…

Daha çox

Azərbaycan və İran iqtisadi əməkdaşlığı gücləndirməlidir

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehran Dialoq Forumunda İranla əlaqələrin möhkəmləndirilməsinin zəruriliyini bəyan edib, regional sabitliyin prioritetini vurğulayıb və Ermənistanla sülh sazişi perspektivlərini şərh edib. SİA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Tehran dialoq forumunda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Bakı regional əməkdaşlığın, xüsusilə iqtisadi sahədə genişləndirilməsinin tərəfdarıdır. “Azərbaycan və İran iqtisadi əməkdaşlığa malik olmalı və ikitərəfli münasibətləri gücləndirməlidir”, – deyə o vurğulayıb və əlavə edib ki, Azərbaycanın geosiyasi mövqeyi qonşularla aktiv qarşılıqlı əlaqə tələb edir.…

Daha çox

İsrail Qəzzaya humanitar yardımı bərpa etdi

İsrailin təhlükəsizlik kabineti Qəzza zolağına mövcud kanallar vasitəsilə humanitar yardımın çatdırılmasını dərhal bərpa etmək qərarına gəlib. SİA xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid İsrailin yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb. “Bazar günü İsrail Təhlükəsizlik Kabineti yeni humanitar yardımın çatdırılması mexanizmi işə düşənə qədər mövcud kanallar vasitəsilə Qəzzaya humanitar yardımın çatdırılmasını dərhal bərpa etmək qərarına gəlib”, – jurnalist X sosial şəbəkəsində yazıb. Qeyd edək ki, mart ayında İsrail bölgəyə humanitar yardım nəqlini dayandırmışdı.

Daha çox

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti mayın 19-u gündüzdən 20-si səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Xidmətdən SİA-ya bildirilib ki, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Gədəbəy, Göygöl, Qazax, Beyləqan, Salyan, İmişli, Sabirabad, Şirvan, Biləsuvar, Göyçay, Ağdaş, Kürdəmir, Zərdab, Ucar, Saatlı, Xaçmaz, Şabran, Siyəzən, Altıağac, Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Ağsu, Qusar, Quba, İsmayıllı, Cəlilabad, Lerik, Yardımlı, Masallı, Lənkəran, Astara və Naxçıvan MR-da şimal-qərb küləyi əsəcək, küləyin sürəti…

Daha çox

Ötən il Latviyada yarım mindən çox uşaq itkin düşüb və…

…bir bədəvi ərəb Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Siz uşaqlarınızı öpürsünüz?! Biz onları öpmürük!” Peyğəmbər (s.a.s) dedi: “Əgər Allah sənin qəlbindən mərhəmət hissini götürübsə, ona mən nə edim?!” …Deyilənlərə görə, hər il Avropa İttifaqı ölkələrində minlərlə uşaq itkin düşür. Yenə də deyilənlərə görə, 2023-cü ildə Latviyada 578 belə hal olub. Doğrudur, uşaq və yeniyetmələrin əksəriyyəti tapılıb, lakin 21 nəfər hələ də tapılmayıb. …Ötən il, yəni 2024-cü ildə Latviyada bu dəfə 554 uşaq və yeniyetmə itkin düşüb və onlardan 77-si hələ ki, axtarışdaır..? Maraqlıdır, Latviyada itkin…

Daha çox