Egey dənizində yerli vaxtla gecə saat 02:52-də (Bakı vaxtı ilə 03:52) 4,1 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin ocağı 7,1 kilometr dərinlikdə yerləşib. Hazırda yeraltı təkanların fəsadları barədə məlumat verilməyib.