Dünyada saxta mal dövriyyəsi 467 milyard dolları ötüb


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) saxta mal dövriyyəsi ilə bağlı hesabatını açıqlayıb. SİA xəbər verir ki, “Mapping Global Trade in Fakes 2025: Global Trends and Enforcement Challenges” adlı sənəd 2021-ci ilin statistik məlumatları əsasında hazırlanıb. Göstərilir ki, 2021-ci ildə qlobal saxta məhsul dövriyyəsinin həcmi 462 milyard dollar olub. Gömrük və digər dövlət orqanlarının ələ keçirdiyi saxta məhsulların 62 faizini geyim məhsullarıdır.

Sənədə görə saxta məhsulların istehsalı insan sağlamlığını, ictimai təhlükəsizliyi və əqli mülkiyyət hüquqlarını təhdid etməklə yanaşı, iqtisadi inkişafa mane olur.

Saxta mallar arasında geyim məhsullarından sonra əsas yeri dəri-qalanteriya malları, elektronika avadanlıqları, dərmanlar və avtomobil detalları tutur.

Əlaqəli Xəbərlər