Ciorcia Meloni Aİ-nin ekologiya siyasətini tənqid edib


İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib ki, sərt ekoloji siyasət Avropanın iqtisadi sistemini dağıdır. SİA xəbər verir ki, hökumət başçısı iqtisadi və sosial sabitliyin qorunması üçün ölkələri daha ehtiyatlı ekoloji keçidə səsləyib. O, bildirib ki, Avropa İttifaqında sürətli elektrikləşmə, xüsusən də elektromobilə keçid sənaye gücünü azaldır.

“Mən hər zaman demişəm ki, səhrada yaşıllıq olmur. Hər şeydən əvvəl Avropa sənayesini səhralaşmaqdan qorumaq lazımdır” – deyə hökumət başçısı qeyd edib.

Qeyd edək ki, Meloni dəfələrlə Avropa İttifaqının ekoloji siyasətini sərt tənqid edib, bunun bir çox vacib sektoru zərbə altına qoyduğunu bildirib.

Əlaqəli Xəbərlər