“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı və oradakı görüşlər, danışıqlar və s. Azərbaycanın həyata keçirdiyi çoxvektorlu xarici siyasətinin, Şərqdən Qərbə, Şimaldan Cənuba uğurlu proaktiv diplomatiyasının bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.
Əhməd Abbasbəyli sözlərinə belə davam edib: “Son aylar Azərbaycanın Asiya ölkələri – Çinlə qurulan hərtərfli strateji tərəfdaşlıq, Vyetnam ilə siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar, İran İslam Respubliaksının prezidentinin ölkəmizə səfəri, iki dövlət arasındakı münasibətlərdə həlimləşmə, Mərkəzi Asiya, Yaxın Şərq ölkələri ilə əlaqələrini inkişafı, türk dövlətləri ilə qurulmuş münasibətlərin daha da dərinləşməsi, və s. bununla yanaşı Avropa İttifaqının əvvəlki administrasiyasının və bəzi Avropa dövlətləri rəhbərlərinin ölkəmizə qarşı sərgilədiyi ədalətsiz, qeyri-obyektiv bəzən hətta qərəzli münasibətləri, sanki Azərbaycanın Aİ ilə əlaqələrini, kölgədə qoymuş, onu ikinci plana salmışdı. Həm ölkə daxilində, həm dünya mətbuatında belə bir fikir yaranırdı ki, Azərbaycanın Avropa ilə əməkdaşlığı geriyə gedir.
Lakin Zirvə toplantısı və orada baş verənlər bütün bu illuziyaları dağıtdı. Əlbəttə bütün bu təsadüfün nəticəsi deyil, bunu şərtləndirən səbəblər var. İlk növbədə Azərbaycanın geosiyasi əhəmiyyəti, vacib və etibarlı tərəfdaş olmasıdır. Artıq beynəlxalq ictimaiyyət, aparıcı ekspertlərin, siyasi xadimlərin əksəriyyəti bu gün ölkəmizin siyasi, geosiyasi, enerji, nəqliyyat sahələrində və s. qlobal problemlərin həllində müstəsna rolunu xüsusi qeyd edirlər.
“Qoca qitə” və Aİ-nın yeni adminstarsiyası da artıq başa düşür ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu əvəzedilməzdir, eyni zamanda Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə siyasətinin həyata keçirilməsində Azərbaycan əsas, söz sahibi olan, ən əsası da etibarlı tərəfdaşdır.
Digər tərəfdən təcrübə bir daha sübut edir ki, dünyanın gündən-günə dəyişən yeni nizamında, baş verən mürəkkəb proseslərdə ayrı-ayrı dövlətlər, siyasi liderlərin qətiyyətli və ədalətli mövqeyi, düzgün siyasi duruşu, sərgilədikləri davamlı və cəsarətli fəaliyyət, uğurla aparılan xarici siyasət, tarazlaşıdırlmış çoxçaxəli əməkdaşlıq beynəlxalq siyası elita, aktiv oyunçular tərəfindən layiqincə, obyektiv dəyərləndilir və qəbul edilir.
Məhz bu kimi səbəblər, regionun mühüm aktoru olan Azərbaycanın həm də Avropa ilə bağlı bir sıra vacib məsələlərin müzakirələrində iştirakını vacib edir, onun bu istqamətdə geosiyasi əhəmiyyətini artırır, Avropa İttifaqı ilə münasibətlərdə yeni, daha uğurlu səhifənin açılmasına, etibarlı tərəfdaş olaraq, orta güc faktoru olaraq qəbul edilməsini şərtləndirir.
Əslinə qalsa, bu son hadisə ilə bağlı müəyyən fikir, münasibtə formalaşdırmaq üçün həmin tədbirlə bağlı foto və video materiallara baxmaq kifayətdir. Zirvə toplantısından paylaşılan video və foroların hər biri bir “əsərdir”, gələcəkdə tarixçilər üçün işlənilməsi vacib olan bir mövzudur, hər biri təhlil tələb edən bir siyasi hadisədir, bir “xarici siaysət və diplomatiya dərsidir”. Heç bir ekspertin, politoloqun izahına, şərhinə ehtiyac olmadan, o görünütülərə baxmaq belə kifayət edir ki, ölkəmizin önəmin, rolunu və çəkisini hiss edəsən. Bu mənada dövlətimizn başçısının Avropa İttiqafı rəhbərləri ilə, bir sıra aparıcı Avropa dövlətlərinin, o cümlədən bizə bir o qədər də xoş münasibət göstərməyən Fransanın Prezindeti ilə və s. görüşləri ilə bağlı görüntülər möhtəşəmdir. Ayrıca isə Ermənistanın baş nazirinin Azərbaycanın Prezidenti İ. Əliyevə yaxınlaşmasını və onunla təkbətək müzakirələrini əks etdirən foto və video materiallar böyük bir inforamasiya və məna yükü daşıyır, demək olar ki, şeyi ifadə edir: bir tərəfdə özgüvən, rahatlıq, dominatlıq, digər tərəfdə narahatlıq, çərasizlik, zəiflik”.
Ayşən Vəli