Köpəkbalığı yaşlı üzgüçüyə hücum edib


Avstraliyanın Port Noarlunqa sahil qəsəbəsində köpək balığının hücumuna məruz qalan yaşlı kişi xəstəxanaya aparılıb.

SİA-nın məlumatına görə, bu barədə ABC Australia yazır. Yırtıcı balıq okeanda səhər çimmək qərarına gələn 60 yaşlı kişiyə hücum edərək onu dişləyib.

Digər istirahətçilər zərərçəkənin sudan çıxmasına kömək edib və təcili yardım çağırıblar. Ona ilkin tibbi yardım göstərilib və bud nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya aparılıb. Bütün çimənlər şəhər çimərliyindən təxliyə edilib.

… Zəhərli yosunların çiçəklənməsi səbəbindən köpək balıqlarının dayaz sularda daha çox yayıldığına inanılır. Toksinlər dəniz heyvanlarını sahilə yaxın ovlamağa məcbur edir.

Bundan əvvəl Avstraliyada köpək balığının hücumu nəticəsində az qala ayağını itirən qadın hadisənin təfərrüatlarını paylaşmışdı. Onun sözlərinə görə, o qədər qan olub ki, yırtıcını belə görməyib.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər