“Amerikanın Səsi”nin qərargahı satışa çıxarıldı


“Amerikanın Səsi”nin Vaşinqtondakı qərargahı satışa çıxarılıb. SİA “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Vaşinqtonda “Amerikanın Səsi” radiostansiyasının baş qərargahının yerləşdiyi binanı satışa çıxarıb. Kapitolidən iki məhəllə aralıda yerləşən bina satış üçün federal mülkiyyət siyahısına salınıb. Məqalədə qeyd edilir ki, radiostansiyanın maliyyələşdirilməsi bərpa olunsa belə, binanın satışı “Amerikanın Səsi”nin əməkdaşlarını iş yerindən məhrum edə bilər. Xatırladaq ki, martın 14-də Tramp bir neçə agentliyin fəaliyyətini məhdudlaşdıran və bəzi KİV-lərə hökumətin maliyyəsini kəsən sərəncam imzalayıb. “Amerikanın Səsi”nə nəzarət edən USAGM də məhdudiyyətlərə məruz qalıb. Daha sonra “Amerikanın Səsi”nin əməkdaşları ABŞ prezident administrasiyasını məhkəməyə verib.

Əlaqəli Xəbərlər