“Aİ Rusiyaya tam ticarət embarqosu tətbiq etmək istəyir…”




Bəzi siyasətçilər 18-ci sanksiya paketinə hazırlıqların başladığını bəyan ediblər



Politico: “Aİ Rusiyaya tam ticarət embarqosu tətbiq etmək istəyir…”

Bəzi siyasətçilər 18-ci sanksiya paketinə hazırlıqların başladığını bəyan ediblər

Avropa İttifaqı Rusiyaya qarşı tam ticarət embarqosu elan etməyi düşünür. London və Kiyev də onu dəstəkləyə bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, yeni tədbirlər Avropa Siyasi Birliyinin Albaniyada keçiriləcək toplantısı zamanı müzakirə olunacaq.

İclasda Avropa İttifaqı ölkələrindən başqa, Böyük Britaniya və Ukrayna da iştirak edəcək.

Qeyd edilməlidir ki, bu barədə “Politico” nəşri də məlumat yayıb.

Bu yaxınlarda Avropa İttifaqı səfirləri Rusiya Federasiyasına qarşı 17-ci məhdudlaşdırıcı tədbirlər paketi ilə bağlı razılığa gəliblər.

Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas bunun mayın 20-dək qəbul edilməsinin planlaşdırıldığını bildirib.

Bəzi siyasətçilər 18-ci sanksiya paketinə hazırlıqların başladığını bəyan ediblər.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, dünyanın aparıcı iqtisadiyyatları sanksiyaları elan etməklə Rusiyaya zərər vermək üçün özlərini tənəzzülə sürükləyirlər.

Deyilənlərə görə, Avropa rəsmiləri guya Orban, Simion və Fikonun mümkün birləşməsindən təşvişə düşüblər..?

Əli Babayev

Əlaqəli Xəbərlər