İsrail Hərbi Hava Qüvvələri Yəməndə “Ənsar Allah” hərəkatının istifadə etdiyi infrastrukturu məhv etmək məqsədilə iki limana zərbələr endirib. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, zərbələr husilərin nəzarətində olan əl-Hodeyda əyalətinin Qırmızı dəniz sahilində yerləşən Hodeyda və əs-Salif limanlarına endirilib. İsrail tərəfinin məlumatına görə, bu limanlar üsyançılar tərəfindən silahların daşınması üçün istifadə edilir.
Daha çoxDay: May 17, 2025
BMT Asiya ölkələrini iqlim təhdidlərinə hazırlığı sürətləndirməyə çağırır
“Asiya iqlim dəyişikliyi qarşısında ən həssas regionlardan biri olaraq qalır və milli adaptasiya planları iqtisadi inkişafı qorumaq üçün həyati əhəmiyyət daşıyır”. SİA xarici mediaya istinadla xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Sinqapurda keçirilən “Ecosperity Week” konfransında videomüraciətində bildirib. Onun sözlərinə görə, regiona yerli reallıqları nəzərə alan həllər lazımdır və bu da sərmayələrin yenidən bölüşdürülməsini və maliyyə strategiyalarının dəyişdirilməsini tələb edəcək. Proqnozlara əsasən, təkcə inkişaf etməkdə olan ölkələrin infrastruktur və əhalini ekstremal hava şəraitinin nəticələrindən qorumaq üçün 2030-cu ilə qədər hər il…
Daha çoxBMT Asiya ölkələrini iqlim təhdidlərinə hazırlığı sürətləndirməyə çağırır
“Asiya iqlim dəyişikliyi qarşısında ən həssas regionlardan biri olaraq qalır və milli adaptasiya planları iqtisadi inkişafı qorumaq üçün həyati əhəmiyyət daşıyır”. SİA xarici mediaya istinadla xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Sinqapurda keçirilən “Ecosperity Week” konfransında videomüraciətində bildirib. Onun sözlərinə görə, regiona yerli reallıqları nəzərə alan həllər lazımdır və bu da sərmayələrin yenidən bölüşdürülməsini və maliyyə strategiyalarının dəyişdirilməsini tələb edəcək. Proqnozlara əsasən, təkcə inkişaf etməkdə olan ölkələrin infrastruktur və əhalini ekstremal hava şəraitinin nəticələrindən qorumaq üçün 2030-cu ilə qədər hər il…
Daha çoxTramp Ərdoğanla danışığa önəm verir
Tramp Ərdoğanla danışığa önəm verir – Çelik 12 Punto 14 Punto 16 Punto 18 Punto ABŞ Prezidenti Donald Tramp Rəcəb Tayyib Ərdoğanla müntəzəm danışığa önəm verir. SİA xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib. O qeyd edib ki, Tramp Ərdoğanla telefon danışığında Türkiyəyə gəlmək istədiyini bildirib.
Daha çox“Amerikanın Səsi”nin qərargahı satışa çıxarıldı
“Amerikanın Səsi”nin Vaşinqtondakı qərargahı satışa çıxarılıb. SİA “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Vaşinqtonda “Amerikanın Səsi” radiostansiyasının baş qərargahının yerləşdiyi binanı satışa çıxarıb. Kapitolidən iki məhəllə aralıda yerləşən bina satış üçün federal mülkiyyət siyahısına salınıb. Məqalədə qeyd edilir ki, radiostansiyanın maliyyələşdirilməsi bərpa olunsa belə, binanın satışı “Amerikanın Səsi”nin əməkdaşlarını iş yerindən məhrum edə bilər. Xatırladaq ki, martın 14-də Tramp bir neçə agentliyin fəaliyyətini məhdudlaşdıran və bəzi KİV-lərə hökumətin maliyyəsini kəsən sərəncam imzalayıb. “Amerikanın Səsi”nə nəzarət edən USAGM də məhdudiyyətlərə məruz qalıb. Daha sonra “Amerikanın Səsi”nin əməkdaşları…
Daha çoxTripolidə etirazçılar atəşə tutuldu
Liviya Milli Razılıq Hökumətinə sadiq silahlı qruplar Tripolidə etirazçıları atəşə tutub. SİA xəbər verir ki, bu barədə “Əl Marsad” qəzeti məlumat yayıb. Bildirilib ki, hadisə minlərlə nümayişçinin istefasını tələb etdiyi baş nazir Əbdül Həmid Dbeybənin qərargahı yaxınlığında baş verib. Qeyd edək ki, son bir neçə gündə paytaxt Tripolidə vəziyyət yenidən gərginləşib, tərəflər arasında silahlı toqquşmalar yaşanır.
Daha çoxTürk Dövlətləri Təşkilatı ilk dəfə müşahidəçi ölkədə toplanacaq
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Qeyri-rəsmi Zirvəsi bu il mayın 20 və 21-də Budapeştdə keçiriləcək. Bu barədə SİA-ya Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyindən bildirilib. Verilən məlumata görə, Macarıstanın Baş naziri Viktor Orbanın ev sahibliyi ilə təşkil olunacaq Zirvədə TDT-yə üzv dövlətlərin başçıları ilə yanaşı müşahidəçi ölkələrin nümayəndələri və təşkilatın Baş katibi iştirak edəcəklər. Zirvə, TDT tarixində ilk dəfə bir müşahidəçi ölkənin ev sahibliyi ilə keçiriləcək və bu, Macarıstanın Türk dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək istiqamətində artan rolunu vurğulayır. “Şərq və Qərbin Görüş Nöqtəsi” mövzusu ilə keçiriləcək Qeyri-rəsmi Zirvədə prioritet sahələrdə…
Daha çoxABŞ bu tarixdə qoşunları Avropadan çıxarır
ABŞ avropalı müttəfiqləri ilə qoşunlarının Avropadan qismən çıxarılması ilə bağlı müzakirələrə başlayacaq. SİA xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib. O qeyd edib ki, qoşunların Avropadan qismən çıxarılması 2025-ci ilin sonları üçün nəzərdə tutulub.
Daha çoxİki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub
Türkiyənin Afyonkarahisar vilayətində Türkiyə və Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin inkişafı mövzusunda panel müzakirələr keçirilib. SİA xəbər verir ki, tədbir çərçivəsində Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovun iştirakı ilə ölkəmizin investisiya mühiti, xarici investorların istifadə etdiyi geniş imkanlar barədə ətraflı məlumat təqdim edilib. Məşhur jurnalist Sezer Küçükkurtun moderatorluğu ilə keçirilən müzakirələrin iştirakçıları qardaş ölkələr arasında iqtisadi münasibətlərin dərinləşdirilməsi istiqamətində ideya və təşəbbüslər səsləndiriblər. Anadolu sahibkarları və investorları qarşısında Azərbaycanın Türkiyədəki Ticarət nümayəndəliyinin baş müşaviri Cavid Abdullayev, Afyonkarahisar Ticarət və Sənaye Palatasının (ATSO) İdarə Heyətinin sədri Mustafa Ali Çelikten və “Artuk” şirkətlər qrupunun…
Daha çoxBakının bu küçəsi tam bağlandı
Bakının İlqar Abdullayev küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Qeyd olunub ki, 17 may saat 00:00-dan dan etibarən Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində tikintisi davam edən tunelin giriş hissəsinin qurulması ilə əlaqədar olaraq, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam şəkildə məhdudlaşdırılır. “Hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, –…
Daha çox