Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri başa çatıb. SİA bu barədə “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir. Mənbənin məlumatına görə, Zelenskinin təyyarəsi ötən gün axşam saatlarında Ankaradakı Esenboğa Beynəlxalq Aeroportundan havaya qalxaraq Albaniyanın paytaxtı Tiranaya yola düşüb. Ukrayna lideri “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Albaniyaya işgüzar səfər edib. Xatırladaq ki, Zelenski mayın 14-də Ankaraya səfər edərək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.