Xəbər verdiyimiz kimi, aprelin 28-29-da Bakıda dünya əhalisinin təxminən 80 faizinə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilib. Tədbir çərçivəsində qərargahı Bakı şəhərində yerləşən Qlobal Cənub QHT Platforması təsis olunub. Platformanın üzvləri bu qlobal təşəbbüslə bağlı öz təəssüratlarını bölüşüblər.
SİA Diplomatiya və Beynəlxalq İdarəetmə Akademiyasının təsisçisi Nabil Ayadın təəssüratlarını təqdim edir.
Qeyd edək ki, Bakıda keçirilmiş bu nəhəng tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini – dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.