Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşıladı. Toplantı iştirakçıları birgə foto çəkdirdilər.
Daha çoxDay: May 16, 2025
Nümayəndə heyəti İspaniyada keçirilən beynəlxalq konfransda iştirak edir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyanın Valensiya şəhərində keçirilən “İnklüzivlik mədəniyyəti: incəsənət, idman və istirahət vasitəsilə həyatın zənginləşdirilməsi” adlı Yaz Konfransında iştirak edir. SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Avropada Əlilliyi olan Şəxslər üçün Xidmət Təminatçıları Assosiasiyası (EASPD) tərəfindən təşkil edilən beynəlxalq konfrans əlilliyi olan şəxslər üçün sosial xidmətlər və dəstək təmin edən təşkilatların təmsil olunduğu şəbəkədir. Təşkilat əlilliyi olan şəxslərin həyat keyfiyyətini artırmaq, onların hüquqlarını müdafiə etmək və sosial inklüzivliyi…
Daha çoxQanunvericilikdə mətbuatın rolu
Hər il olduğu kimi, bu il də “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi Milli Mətbuat Günü kimi qeyd olunacaq. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamın imzalanması Prezident İlham Əliyevin Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğının, jurnalistlərə hörmətinin, böyük dəyərinin nəticəsidir. Bu hal jurnalistlərin peşə fəaliyyətini daha səmərəli, keyfiyyətli və əzmlə həyata keçirməsinə stimul yaradır. Təbii ki, hər bir azad, demokratik dövləti mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Beynəlxalq media ekspertləri tərəfindən o fikir vurğulanır ki, müasir dünyada azad medianın…
Daha çoxBöyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Böyükşor-Pirşağı yeni avtomobil yolunun 7,6-cı km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə SİA– ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumata görə, məhdudiyyət sabah saat 07:00-dan başlayaraq bir neçə saat qüvvədə olacaq. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.
Daha çoxİlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir
İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir
Daha çoxYAP Sabunçu Rayon Təşkilatında hesabat-seçki yığıncaqları davam edir
YAP Sabunçu Rayon Təşkilatının Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi 327 (1 saylı Uşaq Somatik sanatoriyası) ünvanı üzrə ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. SİA xəbər verir ki, Yığıncaqda çıxış edən YAP Sabunçu Rayon Təşkilatının məsul əməkdaşları qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası vətənimizin ən böyük siyasi partiya olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi partiyadır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. Heç şübəhsiz nüfuzlu güc mərkəzinə çevrilməsinin şərtləndirən əsas amil həmişə xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmasıdır. Çıxışlardan sonra…
Daha çoxPərviz Şahbazov Ağstafada vətəndaşları qəbul edib
Bu gün energetika naziri Pərviz Şahbazov Ağstafada vətəndaşları qəbul edib. SİA nazirliyə istinadən xəbər verir ki, qəbulda vətəndaşların elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma, qaz təchizatı, elektrik və qaz xətlərinin çəkilişi, elektrik xətlərinin istismar vəziyyəti, keyfiyyət göstəriciləri, qaz sayğaclarının dəyişdirilməsi, işlə təminat, təşəkkür və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbul zamanı Ağstafa rayonu ilə yanaşı Gəncə, Mingəçevir şəhərləri, Goranboy və Tovuz rayonlarından olan 30-dan çox vətəndaş iştirak edib.
Daha çoxİlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir
İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir
Daha çox“Qardaşəli Teyyubob” Media Diplomu təsis edilib
Müstəqil Həmkarlar Birliyi və “Ölkə” qəzeti ömrünün 45 ilini Azərbaycan mətbuatının inkişafına həsr etmiş tanınmış jurnalist, peşəkar qələm ustası, ana dilimizdə yazıb yaratmış, dilimizin qorunmasında böyük xidmətləri olan, bir çox məşhur imzaların müəllimi olmuş mərhum Qardaşəli Teyyubov adına Media Diplomu təsis edib. SİA xəbər verir ki, bu barədə mayın 16-da “Səs” qəzetinin redaksiyasında keçirilən mətbuat konfransında Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev məlumat verib. Diplom Azərbaycan milli mətbuatının 150 illiyi ərəfəsində media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən jurnalistlərə təqdim olunacaq. Qeyd olunub ki, münsiflər heyəti…
Daha çoxNaxçıvanda sənaye istehsalı 6 % azalıb
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 162 milyon 315 min 900 manatlıq sənaye məhsulu istehsal edilib. Bu barədə SİA-ya Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövründəki göstəricidən 6 % azdır. Sənaye məhsulunun 130 milyon 808 min 100 manatı və ya 80,6 %-i malların, 31 milyon 507 min 800 manatı və ya 19,4 %-i isə xidmətlərin payına düşüb. Sənaye məhsulunun 0,2 %-i mədənçıxarma, 76,7 %-i emal, 20,9 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,2 %-i isə su təchizatı, tullantıların…
Daha çox