Mayın 17-dən “Pirşağı-Xırdalan-Novxanı-M4” avtomobil yolu layihəsi ilə əlaqədar, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. SİA-nın məlumatına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məhdudiyyət səbəbindən 508 və 521 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Saray qəsəbəsinin Elnur Allahverdizadə küçəsi ilə təşkil ediləcək.
Daha çoxDay: May 16, 2025
“Azəriqaz”ın baş direktoru Qəbələdə vətəndaşları qəbul edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Qəbələ rayonunda baş tutub. SİA “Azəriqaz”a istinadən xəbər verir ki, qəbulda “Azəriqaz”ın rəhbərliyi ilə yanaşı, Birlik yanında İctimai Şuranın sədri Elçin Salmanov da iştirak edib. Baş direktor Qəbələ, Oğuz, Şəki, Balakən, Bərdə və Şamaxı rayonlarından qəbula üz tutan 27 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması, işə qəbul, qaz xəttinin…
Daha çoxİlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa Ittifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub. SİA xəbər verir ki, Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək ölkənin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyiblər. Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb. Bununla yanaşı, ölkənin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu…
Daha çoxMəktəbli qızla toqquşan 99 yaşlı veteran dünyasını dəyişib…
…Petropavlovskda İkinci Dünya Müharibəsi veteranı Vasili Makienko vəfat edib; onun 99 yaşı var idi. SİA-nın məlumatına görə, Zakon.kz yazır ki, ölüm səbəbi məktəbli qızla toqquşma nəticəsində yaranan omba sınıqlarının yaratdığı fəsadlar olub. Hadisə aprelin 20-də baş verib. Vasili Vasilyeviç quşlara yem verməyə gedərkən 9 yaşlı qızla qarşılaşıb. Uşaq qaçıb, veteran isə yıxılaraq ağır xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilsə də, səhhəti hər gün pisləşib. Mayın 13-də o, süni nəfəs aparatına qoşulub. Ertəsi gün qız və valideynləri xəstəxanada Makienkoya baş çəkdilər. Məktəbli yaşlı kişiyə fikir vermədiyini izah edərək üzr istəyib. Veteran onu bağışlayıb.…
Daha çoxAzərbaycan Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verir
Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verir. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 16-da Tiranada Avropa Ittifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə deyib. Dövlət başçısı ölkənin Avropanın enerji təhlükəsizliyində roluna toxunub: “Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər var. Bu gün Azərbaycanın Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında rolu var”. Azərbaycanın Orta Dəhlizdə oynadığı vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş…
Daha çox“Miss World” gözəllik müsabiqəsində…qalmaqal..?
“Miss World” gözəllik müsabiqəsi iştirakçılarının Hindistanın Telanqana ştatında yerləşən Ramappa məbədinə ekskursiyasının videosu internetdə qalmaqala səbəb olub. SİA-nın məlumatına görə, çərşənbə günü, mayın 14-də 108 ölkədən olan qadınlar hind geyimində məbədə gedib və ənənəvi ayaq yuma ritualında iştirak ediblər. Videolardan birində yerli sakinin qıza ayaqlarını yumağa kömək etməsi əks olunub. Digərləri qeyd ediblər ki, artıq təmiz ayaqları mükəmməl pedikürlə yumaq məbədə qədər uzun bir yol qət etmiş və həqiqətən də çirklənə bilən zəvvarların ayaqlarını yumaq kimi qədim ənənəyə lağ edir. Nazlı Almuradova
Daha çoxŞahdağda qar yağır – FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin mayın 16-sı saat 18:00-a olan məlumatına əsasən, ölkə əraizisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. SİA yerli mənbələrə istinadən xəbər verir ki, xidmətdən verilən məlumata görə, Xaltan, Quba, Qusar, Altıağac, Beyləqan, Xaçmaz, Xınalıq, Daşkəsən, Göygöl, Qobustan, Qrız, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Şahdağda qar yağması müşahidə olunur. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir saniyədə 21 metrədək güclənir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Aran rayonlarında 23, Naxçıvan Muxtar Respublikasında 25, dağlıq rayonlarda 17 dərəcəyədək isti qeydə alınır.
Daha çox“Azərbaycan aqro sahəsinə mühüm önəm verir”
“Caspian- Agro 2025 sərgisi Azərbaycanın daha bir istiqamət üzrə önə çıxmasının nümunəsidir. Caspian-Agro 2025 sərgisində cənab Prezidentin özü şəxsən iştirak etmişdir. Bu da Azərbaycan Dövlət başçısının sərgiyə verdiyi böyük əhəmiyyətdən xəbər verir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib. Onun sözlərinə görə, 30-dan çox dövlətin, 500-ə yaxın şirkətin iştirak etdiyi bu sərgidə müxtəlif növ kənd təsərrüfatı məhsulları, texnikaları, idarəetmə sistemləri nümayiş olunub: “Bu Cop29-dan sonra öz əhəmiyyətinə görə növbəti bir tədbirdir. Kənd Təsərrüfat Nazirliyinin təşəbbüsü ilə yaradılan Aqro sərgisi süni intellektin, texnikaların nümayiş edilməsi böyük əhəmiyyət…
Daha çoxPrezident İlham Əliyev Albaniyada Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Prezident İlham Əliyev Albaniyada Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Daha çox17-18 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə 17-18 may tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək. SİA xəbər verir ki, Azərbaycanın 25 regionundan olan 50-ə yaxın fermer öz təsərrüfatlarında yetişdirdikləri 100-ə yaxın məhsulu həftəsonu yarmarkasında satışa çıxara biləcəklər. Fermerlər yarmarkada iştirak üçün yer, piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqlar. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında təşkil olunacaq yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin…
Daha çox