Putin Berdiməhəmmədovla telefon danışığı aparıb…

…Rusiya prezidenti Putin Türkmənistanın keçmiş prezidenti, Respublika Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovla telefon danışığı aparıb. SİA-nın məlumatına görə, mesaj Kremlin saytında dərc olunub. …Vladimir Putin və Qurbanqulu Berdiməhəmmədov Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə bir-birini ürəkdən təbrik ediblər, – deyə Kremlin mətbuat xidməti məlumat yayıb. Berdiməhəmmədovun hazırda Rusiya-İslam Dünyası Beynəlxalq İqtisadi Forumu çərçivəsində Kazanda olduğu bildirilir. Tərəflər ikitərəfli münasibətlər və ölkələr arasında strateji tərəfdaşlıq məsələlərini də müzakirə ediblər. Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Avropa liderlərinin əhatəsində ABŞ prezidenti Donald Trampa zəng edib. Söhbətdə Fransa prezidenti Emmanuel Makron, Böyük…

Daha çox

Valeriya Markesin öldürülməsinin təfərrüatları məlum olub…

…Gözəllik bloggeri Valeria Markes ölümündən əvvəl qatili ilə ünsiyyət qura bilib. SİA-nın məlumatına görə, bu barədə Starhit xəbər verir. Bir müddət əvvəl xarici KİV-lər 23 yaşlı Markesin Meksikanın Xalisko əyalətindəki Blossom The Beauty Lounge adlı gözəllik salonunda güllələndiyi barədə məlumat yayıb. Qətl bloqqerin TikTok-da apardığı canlı yayım zamanı baş verib. İnternetdə yayılan bir videoda Markes çatdıran adamı gözlədiyini söyləyir və sonra açıq-aydın narahat olaraq soruşur: Niyə hədiyyəni girişdə qoymadı? Bundan sonra blogger pərdə arxasında hansısa şəxsə baxır. – Salam, Valeriya? –deyir və bloqqerə ispanca səsi cavab verir. Bəli. Bir neçə…

Daha çox

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib

Mayın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində təşkil olunmuş MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 56-cı iclasında iştirak edib. SİA-nın məlumatına görə, DTX-nin mətbuat xidmətindən bildirilib ki, tədbirdən əvvəl Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon MDB ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib, sonra iclas öz işinə başlayıb. MDB məkanında beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlıq və kibercinayətkarlığa, dini ekstremizm və radikalizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizənin aparılmasının, habelə region ölkələrinin üzləşdiyi xarici təhdidlərin vaxtında zərərsizləşdirilməsi məqsədilə…

Daha çox

Belarus dörd Somalili tələbəni ölkədən çıxarır…

Onlar Belarusdan tranzit məntəqə kimi istifadə etmək istəyirmişlər… …Belarusda, Polotsk Dövlət Meşə Təsərrüfatı Kollecində iclas keçirilib, orada dörd Somali vətəndaşının Belarusdan deportasiya edilməsi məsələsinə baxılıb. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Vitebsk Vilayət İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsi məlumat yayıb. Qeyd olunur ki, əcnəbilər ölkəyə qanuni yolla gəliblər – bu ilin martında onlara təhsilləri ilə əlaqədar müvəqqəti yaşamaq icazəsi verilib. Lakin məlum olub ki, onların qalma məqsədi təkcə təhsil almaq deyilmiş. Belə ki, Polotsk Rayon Daxili İşlər İdarəsinin Vətəndaşlıq və Miqrasiya…

Daha çox

Sumqayıtın məşhur şadlıq sarayları cərimələndi

Sumqayıtda havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri müəyyən edilib. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib. O bildirib ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində son bir həftə ərzində aparılan monitorinqlər zamanı “Gold Palace”, “Okean”, “Green House”, “Xəlifə”, “Qərb”, “Həyat Saray”, “Bəyaz Saray”, “Sevgi Palace” şadlıq sarayları, eləcə də “Xan”, “Ərkivan” restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib: “Faktlarla bağlı sözügedən ictimai-iaşə obyektlərinin məsul şəxsləri…

Daha çox

COVID-19-un yeni dalğası Asiyada yayılıb…

Bloomberg-in verdiyi məlumata görə, Asiya regionunda COVID-19 hallarında artım müşahidə olunur. Çinin xüsusi inzibati bölgəsi olan Honq-Konqda və Sinqapurda koronavirusa yeni yoluxma hallarında xüsusilə nəzərəçarpacaq artım qeydə alınıb. Agentlik, bir neçə ay ərzində bölgədə yoluxma hallarının davamlı olaraq artdığını və vaxtaşırı pandemiyanın yeni dalğalarının yaranmasına səbəb olduğunu bildirir. SİA-nın məlumatına görə, Honq-Konq və Sinqapurun səlahiyyətliləri peyvənd kampaniyalarını gücləndirərək, ictimaiyyəti, xüsusən də risk altında olanları təkrar peyvənd almağa çağırıb. May ayının ortalarında Honq-Konqun Sağlamlığın Mühafizəsi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinin müdiri Ou Ciaronq televiziyada COVID-19 yayılmasının “səviyyəsi” barədə xəbərdarlıq etdi. O, qeyd…

Daha çox