Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb. Bu barədə SİA-ya Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 1 aprel 2025-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2 min 204 nəfər və ya 0,5 faiz artaraq 471 min 265 nəfər olub.