Medinski Ukrayna ilə danışıqların davam etdirilməsi şərtini qeyd edib


Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar tərəflər mümkün atəşkəs barədə öz baxışlarını təfərrüatlı şəkildə işləyib hazırladıqdan və təqdim etdikdən sonra davam etdiriləcək.

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib. …Nümayəndə heyətləri razılaşıblar ki, hər bir tərəf mümkün gələcək atəşkəs haqqında öz baxışını təqdim edəcək və onu ətraflı yazacaq. O təqdim edildikdən sonra biz Ukrayna ilə danışıqlarımızı davam etdirməyi məqsədəuyğun hesab edirik.

Bunu deyən Medinski həmçinin qeyd edib ki, Moskva Kiyevlə İstanbulda keçirilən ikitərəfli danışıqların nəticələrindən razıdır.

O, həmçinin əlavə edib ki, Ukrayna tərəfinin Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında şəxsi görüş üçün müraciəti nəzərə alınıb.

Əli Babayev

Əlaqəli Xəbərlər