Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq


Böyükşor-Pirşağı yeni avtomobil yolunun 7,6-cı km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə SİA– ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, məhdudiyyət sabah saat 07:00-dan başlayaraq bir neçə saat qüvvədə olacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

Əlaqəli Xəbərlər