Taylandda monitor kərtənkələ körpəni yeyib…


…Taylandda monitor kərtənkələ (varan) yeni doğulan körpəyə hücum edərək onu yeyib. Hadisə Banqkok yaxınlığındakı Samut Prakan əyalətində baş verib.

Körpənin qalıqları boş sahədə tapılıb. Hadisə yerinə polis, həkimlər və heyvanlara nəzarət mütəxəssisləri gəlib. Onlar kərtənkələni hündür otların arasında tapıbdılar, lakin onu tuta bilməyiblər; yerli media xəbər verir ki, o, hasarın altında gizlənib.

SİA xəbər verir ki, hadisəni izah edən şahid əvvəlcə kərtənkələnin balıq gəzdirdiyini zənn etsə də, yaxından yoxlayandan sonra onun uşaq cəsədi olduğunu görüb və köməyə çağırıb.

Xilasedici məlumat verib ki, sürünən qalıqların bir hissəsini qonşu evin altına aparıb və bu da qalıqları toplamaqda çətinlik yaradıb.

Tapılan meyit hissələri ölümün səbəblərinin müəyyən edilməsi üçün ekspertizaya göndərilib.

Polis körpənin faciədən iki gün əvvəl doğulduğunu güman edir. Məsuliyyətə cəlb olunması üçün körpənin valideynləri axtarılır.

Taylandda yerli qanunlara görə, uşağı tərk etmək üç ilə qədər həbs və ya cərimə ilə cəzalandırılır.

Bölgədə yaşayan kərtənkələlər, adətən balıq və ya kiçik heyvanları yeyir və nadir hallarda insanlara da hücum edir.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər