Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb

Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.05.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 13 min 745 nəfərdən ibarət 3 min 464 ailənin qayıdışı təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin…

Daha çox

“İçməli suyun yaşıllaşdırmaya, avtoyumaya verilməsi doğru deyil”

“Qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə qarşıya qoyulan prioritetlərdən biri də şirin su ehtiyatlarına qənaət edilməsi, su resurslarının səmərəli idarəciliyinin tətbiqidir. 2020-23-cü illərdə işğalda olan Qarabağ torpaqlarının azad olunması ilə şirin su ehtiyatlarımızın həcmi artıb. Sərsəng, Xaçınçay, Suqovuşan kimi su anbarları anbarları artıq ölkəmizin nəzarətindədir”. Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, son zamanlar əsas şirin su ehtiyatımız olan Kürdə suyun səviyyəsi artıb: “Təbii ki, bu, mövsümi prosesdir. Dağlarda qarlın əriməsi və yağıntıların miqdarının artması çaylarda sululuğu artırıb. Azərbaycan Cənubi…

Daha çox

Bankların komissiya və faiz dərəcələri nəyə görə yüksəkdir?

“Faiz və komissiya mahiyyətcə fərqli anlayışlardır, lakin nəticə etibarilə hər ikisi vətəndaşın cibindən çıxan vəsaitdir. Ona görə də çox zaman insanlar üçün bunun faiz şəklində, ya da komissiya adı altında alınmasının elə də böyük fərqi olmur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, bu vəsaitin onların xərclərinə birbaşa təsir etməsidir: “Faizlərin yüksək olmasının əsas səbəblərindən biri Azərbaycan iqtisadiyyatının riskli hesab edilməsidir. İnsanlar manatda vəsait saxlamağı riskli gördüklərinə görə banklar və digər maliyyə qurumları daha yüksək depozit faizləri təklif edirlər. Bu isə bütövlükdə kredit faizlərinə də təsir…

Daha çox

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 8 min 253 nəfər və ya 0,1 faiz artaraq aprelin 1-i vəziyyətinə 10 milyon 233 min 142 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Cari ilin aprel ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23,0 faizi Bakı şəhərinin, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi ŞəkiZaqatala, 5,9 faizi Gəncə-Daşkəsən,…

Daha çox

Kapital Bank-da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi

Ölkənin birinci bankı Kapital Bank gənclərin, xüsusən də tələbələrin yeni təcrübələr qazanmasına və şəxsi inkişafına dəstək olmağa davam edir. Bu dəfə bank daxilində dörd ali məktəbin tələbələri üçün xüsusi təlimlər təşkil edilib. SİA xəbər verir ki, gənclərin maliyyə və müştəri təcrübəsi sahələrində biliklərinin artırılması məqsədi ilə həyata keçirilən layihə ötən həftə baş tutub. İlk olaraq Azərbaycan Turizm və Menecment Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan ekskursiyada ali məktəbin tələbələri bankın maliyyə şöbələri ilə tanış olublar. Təlim hissəsində tələbələr maliyyə uçotu, daxili mühasibatlıq, maliyyə təhlili və idarəetmə, maddi motivasiya, requlyativ hesabatlıq…

Daha çox

Bu ilin üç ayı ərzində nikahlar artıb, boşanmalar azalıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 11 min 206 nikah və 4 min 765 boşanma halları qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,0-dan 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.

Daha çox

Azərbaycan 4 ayda xarici vəndaşlara 3 milyon manata yaxın ƏDV geri qaytarıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 2 milyon 922,3 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarıb. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, geri qaytarılan vəsait xarici vətəndaşların ölkə ərazisində aldığı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin payına düşür.

Daha çox

Xarici ölkələrdən idxal olunan ətə tələbat artıb?

“Müsbət və mənfi tərəfləri ondan ibarətdir ki, ölkədə ətə olan tələbatın ödənilməsi daha səmərəli şəkildə həyata keçiriləcəkdir. Çünki Azərbaycanın daxilində ətə olan tələbat yüksəkdir. Lakin bu tələbatı ödəyəcək qədər təklif mövcud deyil”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam edib: “Digər tərəfdən, bu tendensiyanın mənfi cəhəti ondan ibarətdir ki, ölkə idxaldan asılı vəziyyətə düşür və bu asılılıq yerli istehsalın zəifləməsinə gətirib çıxarır. Əgər əvvəllər əhalinin ətə olan tələbatının 40-50 faizi yerli istehsal hesabına ödənilirdisə, idxalın artması yerli istehsalın azalmasına şərait yaradacaq. Ölkə daxilində…

Daha çox

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. SİA xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə Başlıbel əhalisinin məhvi ilə bağlı şahidlər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini…

Daha çox