Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Sənaye Bankı” və “Bank Avrasiya” ASC-lərə icrası məcburi sərəncamlar verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, banklar “Banklarda korporativ idarəetmə Standartları”nın 4.8-ci bəndinin tələbini pozub. Odur ki, “Banklar haqqında” qanunun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq kredit təşkilatlarına müvafiq pozuntu hallarının gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncamlar verilib.
Daha çoxDay: May 15, 2025
Toylarda olan israfçılığın qarşısını necə almaq olar?
“Azərbaycan milli toyları yalnız şənlik, mərasim deyil, eyni zamanda çox böyük bir kreativ biznesin çox böyük bir hissəsini təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, bu mərasimlər müxtəlif sahələrdən tutmuş musiqiçilər, video-foto xidmətləri, avtomobil icarəsi, qida təchizatı, geyim, saç düzümü və kosmetika xidmətlərinə qədər, minlərlə insanın və biznesin dolanışıq mənbəyinə çevrilmişdir: “Lakin bu sistemin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Son illərdə toyların şan-şöhrət yarışına çevrilməsi nəticəsində çox sayda ailə maddi çətinliklərə düşür. Bəzi valideynlər uşaqlarının toyunu “kralvari” keçirmək üçün kredit götürür,…
Daha çoxMilli Məclisin deputatı Rumıniyada prezident seçkilərini müşahidə edəcək
Milli Məclisin deputatı Azay Quliyev mayın 16-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək. Bu barədə SİA-ya parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, deputat ATƏT PA xətti ilə mayın 18-də Rumıniyada keçiriləcək prezident seçkilərinin ikinci turunu izləyəcək. Deputat bir sıra seçki məntəqələrində seçkilərə hazırlıqla tanış olacaq və seçki günü prosesin gedişini müşahidə edəcək. Səfər mayın 19-da başa çatacaq.
Daha çoxDGK sədri Yardımlıda vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Yardımlı rayon Heydər Əliyev Mərkəzində Yardımlı, Masallı, Cəlilabad, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib. SİA DGK-ya istinadən xəbər verir ki, vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Daha çox“Zibil qutularının azlığı vəzifəli şəxslərin öhdəliyini yaradır”
“Bir az yaradıcı yanaşıb zibil atmaq məsələsinə ancaq vətəndaşın səhvi baxımından baxmaq lazım deyil”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Səbuhi Axundov deyib. O bildirib ki, tullantılar haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulur ki, iri şəhərlərdə, rayonlarda inzibati mərkəzlərdə zibil qabları arasında məsafə 100 metrdən çox olmamalıdır: “Biz bunu yalnız mərkəzdə görmüşük. Şəhərin ən böyük küçələrindən biri Həsən Əliyev küçəsidir. Bu küçədə 500 metrdən bir zibil qabı ancaq görə bilərsiniz. Zibil qutuları çox azdır. Ona görə də, vətəndaşın zibili yerə tullamasına bəraət qazandırmamaqla yanaşı zibil qutularının azlığı da konkret olaraq vəzifəli…
Daha çoxQarabağ Universitetində Həmkarlar İttifaqı təşkilatı təsis olundu
Mayın 14 -də azad edilmiş torpaqlarda həyata keçirilən strateji layihələr arasında Qarabağ Universitetinin yaradılması xüsusi önəm daşıyır. Bu ali təhsil müəssisəsi yalnız elmin və biliklərin mərkəzi deyil, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizənin simvolik davamıdır. Elm, təhsil və milli ruhun vəhdətini özündə birləşdirən Qarabağ Universitetində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) üzv təşkilatı təsis olunub və bu münasibətlə universitetdə tədbir keçirilib. Tədbirdə Qarabağ Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) rəsmiləri və media nümayəndələri iştirak ediblər. Qarabağ Universitetinin…
Daha çoxAzərbaycan mayda ITF-də sədrliyi qəbul edəcək
May ayının üçüncü ongünlüyündə Azərbaycan ilk dəfə olaraq 2025-2026-cı illərdə Beynəlxalq Nəqliyyat Forumuna (ITF) sədrlik edəcək. SİA ITF-ə istinadən xəbər verir ki, ölkənin prezidentliyinə namizədliyi hələ 2022-ci ildə təşkilata müraciət əsasında qeydə alınıb. Müəyyən edilmiş prosedura uyğun olaraq Azərbaycan 2023-2024-cü illərdə forumun vitse-prezidenti vəzifəsini tutub, hazırda isə 2024-2025-ci illər üçün birinci vitse-prezident vəzifəsini icra edir. Hazırda forumun sədri Çilidir. Beynəlxalq Nəqliyyat Forumu 69 üzv ölkəni birləşdirir. Azərbaycan 1998-ci ildən onun tam hüquqlu iştirakçısıdır.
Daha çoxPakistanın Baş naziri diplomatik dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. SİA-nın məlumatına görə, Pakistanın Baş naziri Azərbaycan Prezidentinə Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verib. Məhəmməd Şahbaz Şərif baş vermiş böhran zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib, bunun ölkələrimiz arasında qardaşlıq münasibətlərinin nümunəsi olduğunu bildirib. İlham ƏIiyev regionda atəşkəsin təmin olunduğunu məmnunluqla qeyd edib, Azərbaycan xalqı və dövləti tərəfindən Pakistana dəstəyin və həmrəyliyin ifadə edildiyini bir daha diqqətə çatdırıb.…
Daha çoxBüdcədən 100 milyon manata yaxın vəsait geri qaytarılıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət büdcəsindən ümumilikdə 98 milyon 4,5 min manat vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. O cümlədən, 4 ay ərzində artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə geri qaytarılan vəsaitin məbləği 23 milyon 847,6 min manat təşkil edib.
Daha çox“Milli Şura” pul qarşılığında “siyasi məhbus” siyahıları hazırlayır
Sübuta yetirilir ki, istər daxildəki dağıdıcı məxluqlar, istərsə də ki, xaricdəki antimilli ünsürlər, eləcə də ermənipərəst dairələr Azərbaycana qarşı daha çox “siyasi məhbus” termini ilə öz ağılları ilə təzyiq etməyi düşünürlər. Bir-birini təkzib edən, bir-birinin ziddinə olan siyahılardan görünür ki, oğurluqla, cibgirliklə, qaçaqmalçılıqla, məşğul olan, avtoxuliqanlıq etməklə cəmiyyətə hörmətsizlik göstərən, vergi cinayətləri törədən və digər əməllərə görə həbs olunanları dağıdıcı müxalifət “siyasi məhbus” olaraq təqdim etməyə çalışır. Daha doğrusu, ironiya ilə qarşılanan “siyahılar” xarici ağalarına təqdim edirlər. Ağaları da müəyyən hesabatlar hazırlayır və özlərinə yaxın təxribat maşını funksiyasını yerinə yetirən…
Daha çox