2025-ci il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda şəhid ailələrinin üzvü olan 18 235 nəfərə Prezident təqaüdü təyin olunub. Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 384,44 manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 2025-ci il aprel ayının 1-nə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, onların dul arvadları və 18 yaşına çatmamış uşaqları üçün təyin edilən Prezident təqaüdünü alanların sayı 180 nəfər olub (Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 966 manat). “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslərə, onların dul arvadlarına və 18 yaşına çatmamış…
Daha çoxDay: May 15, 2025
ASCO-nun “TMI-6” barjı əsaslı təmir edilib
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “TMI-6” barjı əsaslı təmir edilib. SİA ASCO-ya istinadən xəbər verir ki, təmir prosesi “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib. Təmir zamanı üzən vasitə tərsanəyə qaldırılıb, gövdənin sualtı və suüstü hissəsində, barjın daxili bölmələrində və göyərtəsində zədələnmiş sahələr dəyişdirilib. Həmçinin gövdənin qorunması üçün metal qoruyucu tirlər, eləcə də dib-yan armaturları və lövbər zəncirləri təmir edilib, sualtı və suüstü hissə obraziv qumla təmizlənərək rənglənib. “TMI-6″nın lövbər bucurqadının elektrik mühərrikləri və idarəetmə sistemləri sazlanıb, baş göyərtə, ballast və…
Daha çox“Vyetnam xalqı öz şərəfli mübarizə tarixi ilə tanınır”
“Vyetnam üçün Azərbaycan mühüm əhəmiyyətə malik ölkələrdən biridir. Azərbaycan inkişaf etməkdə olan, lakin strateji mövqeyə və geniş əməkdaşlıq potensialına malik dövlətdir. Orta Dəhlizin əsas hissəsini təşkil edəcək Zəngəzur dəhlizi Azərbaycanın nəzarətində yerləşir və bu nəqliyyat marşrutu regional və qlobal dövlətlər üçün, o cümlədən Vyetnam üçün də böyük maraq kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Onun sözlərinə görə, Vyetnam xalqı öz şərəfli mübarizə tarixi ilə tanınır: “Amerika kimi güclü dövlətə qarşı apardıqları müharibədən qalib çıxaraq öz müstəqilliklərini və suverenliklərini qorumağı bacarıblar. Bu mübarizə…
Daha çoxAzərbaycanda uşaqlarla bağlı texniki reqlament layihələri hazırlanıb
“Uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş malların təhlükəsizliyinə dair texniki reqlament” və “Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament” layihələri ictimai müzakirəyə təqdim olunub. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, hər iki layihə ilə bağlı ictimai müzakirə prosesi başa çatdıqdan sonra sənədlər təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Məqsəd uşaqların istifadə etdiyi məhsulların və oyun avadanlıqlarının təhlükəsizlik standartlarının artırılması və istehlakçıların hüquqlarının qorunmasıdır.
Daha çox4 min 300 şəxsin məşğulluğu təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirlərini davam etdirir. SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin sakinlərdən 4 min 300 şəxsin məşğulluğu təmin olunub. Eyni zamanda, sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri də aparılır. İndiyədək 206 sakin işəgötürənlərlə birgə təşkil edilən peşə hazırlığı kurslarına cəlb olunub. Doğma yurdlarına qayıdan vətəndaşlardan 284 sakin isə özünüməşğulluq proqramına cəlb edilərək öz kiçik təsərrüfatlarını yaradıb. Sakinlərdən daha 680 şəxsin məşğulluğunun təminatı üçün…
Daha çoxUkraynada davamlı sülhə nail olunacağına inanıram
Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. SİA xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO XİN rəhbərlərinin Antalyadakı qeyri-rəsmi toplantısından sonra mediaya brifinqdə deyib. Türkiyə XİN rəhbəri deyib ki, Türkiyə müharibənin əvvəlindən etibarən bu münaqişənin yalnız müzakirə yolu ilə həll ediləcəyi fikrini dəstəkləyib: “Üstəlik, münaqişənin həlli üçün ev sahibliyi edə biləcəyimizi ifadə etmişik”. Fidan Ukrayna Prezidenti Volodimir Zelenskinin və Rusiya nümayəndə heyətinin hazırda Ankarada olduğuna da toxunub: “Sülh üçün lazımi iradənin, nəhayət, ortaya çıxdığı düşüncəsindəyik. Mən davamlı sülhə nail olunacağına inanıram”.
Daha çoxTürkiyənin Konya şəhərində 5,2 bal gücündə zəlzələ olub
Türkiyənin Konya şəhərində 5,2 bal gücündə zəlzələ olub
Daha çox“Sonda məlum oldu ki, Putin getmir”
“XXI əsrdə dünyanın ən dəhşətli müharibələrindən biri başladı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Onun sözlərinə görə, müstəqil, suveren Ukrayna Rusiyanın təcavüzünə məruz qaldı və üç ildən artıqdır ki, Rusiya Ukraynanı işğal etmək üçün ədalətsiz müharibə başladıb: “Dünyanın ədalətli, mütərəqqi dövlətləri və Rusiyanı istəməyən dövlətlər birləşsələr də, lakin bu birlik Ukraynanı bu dəhşətli müharibədən qurtarmağa imkan vermir. Uzun müharibədən sonra həm Rusiya, həm də Ukrayna minlərlə insan itirib. Ukraynanın yüzlərlə şəhəri, kəndi yerlə-yeksan edilib. Bu mənada, təbii ki, Ukraynanın itkiləri daha çoxdur. Rusiyanın imkanları daha genişdir.…
Daha çox“Travma zəncirini istədiyimiz zaman qıra bilərik”
“İnsanın gözünü açdığı ilk mühit ailə olduğu üçün travmaların müəyyən qismi valideynlərlə əlaqələndirilir”. Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib. Onun sözlərinə görə, ailə varsa, travmalar ola bilər: “Mütləq deyil ki, valideyn bilərəkdən uşağa travma versin, bu onun istəyindən, niyyətindən asılı olmayaraq da baş verə bilər. Bəzən travma dedikdə fiziki şiddət kimi başa düşülür. Lakin uşaqlıq travmaları hansısa sözlə də bağlı ola bilər. Bəs sual yaranır ki, travmalar yalnız valideynlərimizdən bizə ötürülür? Xeyr, sosial amillərdən, ətrafımızda baş verən hansısa hadisələrdən də təsirlənib travma ala bilərik.…
Daha çoxPərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq məhsul satılıb
Cari ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. SİA xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,4 faiz artıb. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 449,8 manat və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə…
Daha çox