İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb. SİA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Heyətə Rusiya XİN başçısının müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir. Ekspertlər qrupuna isə Baş Qərargahın informasiya idarəsi rəisinin birinci müavini Aleksey Zorin, Prezident Administrasiyasının humanitar siyasət üzrə idarə rəisinin müavini Yelena Podobreyvskaya, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Polişuk və Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq…
Daha çoxDay: May 15, 2025
1984 bugün yazılsaydı: Orwell’in dünyası 21-ci əsrdə
“Gələcəyin bir rəmzi olacaqsa, bu, insan üzünü əzən bir çəkmənin sonsuz təzyiqidir”. — George Orwell, 1984 Biz XXI əsrdə yaşayırıq. Süni intellektlər bizə “salam” deyir, ekranlar bizim nə istədiyimizi bizdən əvvəl bilir, gündəlik həyatımız milyonlarla kameranın gözü qarşısındadır. Amma bəlkə də Orwell bizi daha əvvəldən xəbərdar etmişdi. Sadəcə biz roman kimi oxuduq, xəbərdarlıq kimi yox. 1984, bir distopik gələcəyin hekayəsi, “hələ gəlməmiş indiki zaman” idi. Kitabda yazılan “Böyük Qardaş səni izləyir” şüarı indi telefonlarımızın mikrofonunda, smart televizorların kamerasında, sosial media algoritmlərində yaşamaqdadır. Hər baxış, hər klik, hər paylaşım bir izləmədir.…
Daha çoxBanklarda komissiya və faiz dərəcələri nə qədərdir?
Banklarda komissiyalar, maliyyə xidmətlərinin göstərilməsi müqabilində müştərilərdən tutulduğu əlavə ödənişlərdir. Bu komissiyalar müxtəlif bank əməliyyatlarında – məsələn, pul köçürmələri, kredit rəsmiləşdirilməsi, kart xidmətləri və nağdlaşdırma zamanı tətbiq oluna bilər. Komissiya haqları bankların gəlir mənbələrindən biri olmaqla yanaşı, göstərilən xidmətin dəyərini və risklərini əks etdirir. Təbii ki, bu kimi komissiya və faiz dərəcələri hər bankda müxtəlif olur. SİA bu barədə araşdırma edib. ABB-yə göndərdiyimiz sorğuya əsasən bildirilib ki, tarix cədvəlində komissiya və faiz dərəcələri qeyd olunub. ABB-nin tarif cədvəlinə əsasən cari hesabın açılması pulsuz şəkildə həyata keçirilir. Hesab üzrə sənədlərin verilməsi…
Daha çoxİşğaldan azad edilmiş ərazilərə bu qədər adam qayıdıb
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Qarabağ və Şərqi Zəngəzura köçənlərlə bağlı yeni statistika açıqlanıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı əsasında hazırkanmış statistika görə, 1 may 2025-ci il tarixinədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 13745 nəfərdən ibarət 3464 ailənin qayıdışı təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan…
Daha çoxABŞ-dakı fermada kenquru adamı döyərək öldürüb…
…ABŞ-ın Cənubi Karolina ştatında 52 yaşlı kişinin kenquru ilə döyüş nəticəsində ölüb. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Daily Mirror nəşri məlumat yayıb. Deyilənlərə görə, Erik Sleyt kenquruların saxlandığı mühafizəyə girərək onlarla döyüşməyə cəhd edib. Kişi heç bir həyat əlaməti olmayan və həyatla bir araya sığmayan çoxsaylı bədən xəsarətləri ilə karosada tapılıb. Hadisə yerinə gələn tibb işçiləri ölüm faktını təsdiqləyiblər. Təbii ki, ətrafda xeyli kenquru olub, lakin kişini ölümcül xəsarətlərə hansının saldığını müəyyən etmək mümkün olmayıb. Qeyd edilməlidir ki, təsərrüfat sahibinə qarşı cinayət işinin açılıb-açılmaması ilə bağlı məlumat da…
Daha çoxDİQQƏT: Sabahdan havalar pisləşir? – QURUM RƏSMİSİ AÇIQLADI
DİQQƏT: Sabahdan havalar pisləşir? – QURUM RƏSMİSİ AÇIQLADI
Daha çoxMÜSİAD Azərbaycan Əməkdaşlıq Memorandumu imzaladı
Bakı Ekspo Mərkəzində MÜSİAD Azərbaycan İctimai Birliyi ilə “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, Memorandumun əsas məqsədi MÜSİAD Azərbaycan üzvlərinin yerli və beynəlxalq sərgilərdə iştirakının təşviqi, sərgi və biznes tədbirləri sahəsində qarşılıqlı informasiya və məsləhət mübadiləsinin gücləndirilməsi, həmçinin iş adamları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsidir. Tərəflər bu çərçivədə qarşılıqlı təşkilati dəstək göstərməyi və ixtisaslaşmış tədbirlərdə iştirakı təşviq etməyi öhdələrinə götürüblər. Memorandumun imzalanmasından sonra MÜSİAD Azərbaycan İdarə Heyəti üzvləri 18-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisini ziyarət ediblər. Sərgi çərçivəsində qablaşdırma…
Daha çoxSahibə Qafarova Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Macarıstan Milli Assambleyasının sədr müavini Sandor Lezsakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğu qeyd olunaraq, ölkələrimizin siyasi, iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə fəal əməkdaşlıq etdikləri diqqətə çatdırılıb. Yüksək səviyyəli, o cümlədən dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin münasibətlərin daha da genişlənməsində vacib rolu xüsusi vurğulanıb. Söhbət zamanı…
Daha çoxQüvvəyə minmiş yeni qaydalara dair təqdimat keçirilib
Azərbaycan Mərkəzi Bankında (AMB) media nümayəndələri üçün banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsinin (AZIR) hesablanması və açıqlanması üzrə qüvvəyə minmiş yeni qaydalara dair təqdimat keçirilib. SİA xəbər verir ki, təqdimatda banklararası pul bazarında gedən proseslərin təhlili və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində hazırlanmış yeni qaydalarının üstünlükləri diqqətə çatdırılıb. Bu qaydaların AZIR-in dərcində fasilələrin və kəskin tərəddüdlərin aradan qaldırılmasına, eləcə də onun istinad dərəcəsi kimi daha geniş istifadəsinə xidmət etdiyi vurğulanıb. Görüşdə, həmçinin media nümayəndələrinin mövzu ətrafında sualları cavablandırılıb. Yeni…
Daha çoxƏrdoğan və Zelenski arasındakı görüş başa çatıb – YENİLƏNİB
Ərdoğan və Zelenski arasındakı görüş başa çatıb – YENİLƏNİB
Daha çox