Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gəlib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Tirana şəhərinin Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Albaniya Baş nazirinin müavini, İnfrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslər qarşıladılar.
Daha çoxDay: May 15, 2025
Tramp deyib ki, Putin ona görə Türkiyəyə getməyib..?
ABŞ prezidenti hesab edir ki, Kreml rəhbəri ilə görüşəndə müharibə bitəcək..? …ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Rusiya nümayəndə heyətinin tərkibi haqqında heç nə bilmir və bundan heç bir şəkildə məyus deyil, çünki ABŞ Səudiyyə Ərəbistanı və Qətərə səfəri nəticəsində 4 trilyon dollarlıq müqavilə imzalayıb. O, həmçinin əlavə edib ki, Rusiya ilə Ukrayna arasında müharibə ancaq Putinin özü ilə görüşəndə bitəcək. Görüş İstanbulda baş tuta bilərdi – Tramp əvvəllər danışıqlarda iştirak edə biləcəyini təklif etmişdi, lakin sitata əsasən, o, fikrini dəyişdi. …Mən heç nədən məyus deyiləm.…
Daha çoxBaş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Mayın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb. SİA-nın məlumatına görə, Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə Prezident İlham Əliyevin və Çinin Sədri Si Cinpinin birgə səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafı məmnunluqla vurğulanıb. Prezident İlham Əliyevin Çinə son dövlət səfərinin əhəmiyyəti qeyd edilib. Dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırdığı diqqətə çatdırılıb. Görüşdə Azərbaycan ilə Çin arasında ticarət-iqtisadi və humanitar…
Daha çoxZelenski Putinə Türkiyədən “çox aydın” mesaj göndərib
Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə səfərinin artıq Rusiya lideri Vladimir Putinə mesaj olduğunu deyib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Sky News xəbər verir. Jurnalistlər Zelenskidən Putinə mesajının olub-olmadığını soruşublar. Buna Ukrayna prezidenti belə cavab verib: “Mən buradayam. Məncə, bu, çox aydın mesajdır”. Əli Babayev
Daha çoxAzərbaycanda bu il avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmada artım olub
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 45 milyon 28,3 min ton yük, 582,1 milyon sərnişin daşınıb. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7 % (2 milyon 945,8 min sərnişin) və 6,6 % (35 milyon 900,1 min sərnişin) çoxdur Hesabat dövründə 556 milyon 586,8 min sərnişin avtobusdan istifadə edib. Bu, ötən ilin dörd ayı ilə müqayisədə 35 milyon 925,6 min nəfər və ya 6,9 % çoxdur. 2025-ci ilin yanvar-aprel aylarında minik taksilərinin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 25…
Daha çoxQadın qisas almaq üçün ərinin itinin ayağını kəsməyə çalışıb…
Yunanıstanda qadın qisas almaq üçün ərinin itini şikəst edib və…hətta polis əməkdaşlarına da hücum edib. SİA xəbər verir ki, bu barədə Yunanıstan CNN telekanalı məlumat yayıb. Saloniki qadını heyvanlara qarşı amansızlıq, polis əməkdaşlarına qarşı zorakılıq, bədən xəsarəti yetirmək və təhqir etmək ittihamı ilə məhkəmə qarşısına çıxıb. 43 yaşlı qadının əri işdə zərərçəkmiş kimi tanınıb. O, özü evə qayıdanda manqurtlaşmış və qanlı iti aşkar edib və dərhal başa düşüb ki, ona “narahat mesajlar” yazan onun həyat yoldaşıdır. Kişi ifadəsində cütlüyün münasibətlərini xüsusilə son vaxtlar baş verən münaqişələrə görə problemli adlandırıb. Göründüyü…
Daha çoxGədəbəydə könüllü qanvermə aksiyası keçirilib
Gədəbəydə könüllü qanvermə aksiyası təşkil edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, aksiya rayon icra hakimiyyətinin və “Respublika Qan Bankı” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında reallaşıb. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. 60 nəfər rayon sakinindən tədarük olunan qan hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsində istifadə ediləcək.
Daha çoxAzərbaycan Pakistanla aqrar sahədə əməkdaşlığı müzakirə edib
Azərbaycan və Pakistan aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. SİA Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir müavini Sarvan Cəfərov 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak etmək üçün Azərbaycana gəlmiş Pakistanın Dövlət naziri Bilal Azhar Kayaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib. Onun sözlərinə görə, bu məqsədlə mövcud əməkdaşlıq potensialı aqrar sahəyə dair hər bir platformada dəyərləndirilir. S. Cəfərov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlıq dinamik inkişaf edir.…
Daha çox“İctimaiyyət həmrəylik nümayiş etdirməlidir”
ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyevin SİA-ya müsahibəsini təqdim edirik: – Bəzi vətəndaşlar səhlənkarlıq, məlumatsızlıq ucbatından ərazilərdə minalara düşürlər, xəsarət alırlar. Nələrə riayət edilməlidir? – Rəhbərlik etdiyim Beynəlxalq Avrasiya Mətbuat Fondu təxminən 25 ildir ki, ANAMA ilə tərəfdaş olan qeyri-hökumət təşkilatıdır. Biz bu problemin necə ağrılı problem olduğunun fərqindəyik. Həm bu prosesin içində olmaqla, həm yaşanan ağrı-acının şahidi olmaqla, fəlakətin ölkəmiz üçün nə qədər üzücü problem olmasının fərqindəyik. Bilirsiniz ki, cənab Prezidentin də diqqət ayırdığı bir məsələdir. Bütövlükdə Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsi üçün ən önəmli məsələ minalı ərazilərin…
Daha çoxƏrdoğan Zelenski ilə danışıqların təfərrüatlarını açıqlayıb…
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə silahlı münaqişənin “ədalətli sülh”lə həlli istiqamətində addımları müzakirə etdiyini bildirib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. …Mən Zelenskini və onun nümayəndə heyətini prezident sarayında qəbul etdim. Biz Ukraynadakı münaqişəyə ədalətli sülh yolu ilə son qoymaq səylərini müzakirə etdik. Bunu Türkiyənin dövlət başçısı bildirib. Bundan əvvəl məlum olmuşdu ki, Ərdoğanın Zelenski ilə Ankarada görüşü 3 saata yaxın davam edib. Bildirilir ki, Türkiyə tərəfdən dövlət başçılarının görüşündə müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Xidmətinin rəhbəri…
Daha çox