…Başqırdıstanda qadının qızılı “Cartier” qolbağı müsadirə edilərək dövlətə gəlir kimi keçirilib. SİA-nın məlumatına görə, bu hadisə ictimaiyyətin diqqətini cəlb etdi və mediada müzakirələrə səbəb olub. …Məlumata görə, polis orqanları vətəndaşda dəyəri icazə verilən həddi keçən və ya düzgün bəyan olunmayan qiymətli qızıl-zinət əşyasının olmasını müəyyən edib. Nəticədə qanunvericiliyə uyğun olaraq qızıl-zinət əşyaları müsadirə edilərək dövlət gəlirinə keçirilib. Bu tədbir qaçaqmalçılıq, qiymətlilərin qeyri-qanuni dövriyyəsi və vergidən yayınma ilə mübarizə üzrə daha geniş səylərin bir hissəsidir. Rusiyada qanunvericilik cinayət fəaliyyəti və ya uçota alınmamış gəlirlə əlaqəli ola biləcək yoxlamalar zamanı şübhəli və…
Daha çoxDay: May 15, 2025
Sloveniyada Melaniya Trampın heykəli yoxa çıxıb
Heykəl onun doğulduğu Sevnitsa şəhəri yaxınlığında ucaldılmışdı …ABŞ-ın birinci xanımı Melaniya Trampın Sloveniyada doğma şəhəri Sevnitsa yaxınlığında qoyulmuş bürünc heykəli yoxa çıxıb. SİA xəbər verir ki,Bu barədə AFP məlumat yayıb. ABŞ-ın birinci xanımının həqiqi ölçülü bürünc heykəli əvvəlki taxta heykəl yandırıldıqdan sonra 2020-ci ildə qoyulmuşdu. Polisin və bürünc heykəlin yaradıcısı, amerikalı konseptual rəssam Bred Dauninin dediyinə görə, heykəl topuq nahiyəsindən kəsilərək götürülüb. …Oğurluq hadisəsi mayın 13-də qeydə alınıb və polis dərhal hadisə yerinə gəlib və araşdırmaya başlayıb. Bunu polis sözçüsü Alenka Drenik Rangus cümə axşamı…
Daha çoxŞəmkirdə “Cəsur Vətən oğlu” kitabının təqdimatı keçirilib
Mayın 15-də Respublika Xatirə Kitabı Redaksiyası Şəmkirdə Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Babək Namazovun həyat və döyüş yolundan bəhs edən “Cəsur Vətən oğlu” kitabının təqdimatını keçirib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, təqdimat mərasimində şəhidin ailə üzvləri, YAP fəalları, rayon icra hakimiyyətinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. YAP Şəmkir rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə Şəmkirin 331 sakini şəhidlik zirvəsinə ucalıb. O, Babək Namazovun öz cəsurluğu və qəhrəmanlığı ilə xüsusilə seçildiyini, “Azərbaycan Bayrağı” ordeni və 6 medalla təltif olunduğunu vurğulayıb.…
Daha çoxİtaliya Müqəddəs Taxt-Tacın sülh səylərini dəstəkləyir
İtaliyanın Baş naziri Ciorcia Meloni ilə Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo arasında telefon danışığı olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Ciorcia Meloni söhbət zamanı Papa XIV Leonu Roma Katolik Kilsəsinin rəhbəri seçilməsi münasibətilə İtaliya hökuməti və xalqı adından təbrik edib. O, İtaliyanın silahların və qarşıdurmanın dialoqun yerini tutduğu bütün böhran ssenarilərində sülh və münaqişələrin dayandırılması üçün Müqəddəs Taxt-Tacın səylərini yüksək qiymətləndirdiyini və dəstəklədiyini deyib. Baş nazir İtaliyanın Müqəddəs Taxt-Tacla birlikdə süni intellektə yönələn səylərin inkişafı üçün birgə işləməyə hazır…
Daha çoxAntonio Koşta Şimali Makedoniyanın gələcəyini Aİ-də görür
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Şimali Makedoniyanın gələcəyinin Aİ-yə üzvlükdə olduğunu bildirib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Antonio Koşta Qərbi Balkan regionu ölkələrinə səfəri çərçivəsində Şimali Makedoniyada Baş nazir Kristian Miskoski ilə görüşüb. Antonio Koşta Aİ-nin genişlənmə planının hər bir ölkənin paylaşdığı ümumi məqsəd olduğunu bildirib. Baş nazir Kristian Miskoski isə ölkəsinin Avrointeqrasiya öhdəliyinin olduğunu deyib, Avropa Şurasının Prezidentinin regiona səfərini bu ölkələrin Aİ-yə üzvlük prosesinə dəstək kimi qiymətləndirib. Qeyd edək ki, Antonio Koşta Qərbi Balkan regionu ölkələrinə səfəri çərçivəsində Serbiya, Bosniya və Herseqovina, Monteneqro və…
Daha çoxAxtarışda olan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Azərbaycan Respublikasının 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan edilmiş Xalid Tağıyev barəsində Baş Prokurorluğun İstintaq idarəsində aparılan cinayət işinin istintaqı yekunlaşıb. SİA xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaqla X.Tağıyevin 1995-1999-cu illər ərzində cinayətkar birlik (banda) təşkil edərək bandanın digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törətməsinə dair əsaslı şübhələr müəyyən olunub. Onun 1998-ci il sentyabrın 2-də Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinə basqın etməsinə,…
Daha çoxOdessa şəhərində “Azərbaycan” parkı salınacaq
Ukraynanın Odessa şəhərində “Azərbaycan” parkının salınması üçün ilkin razılıq əldə olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Odessa şəhərinin meri Qennadi Truxanov sosial media səhifəsində məlumat verib. “Odessanın yaxşı ənənəsi var – dostlarımızın yaratdığı parklar. “İstanbul” və “Yunan” parkı, indi onlara “Azərbaycan” parkı da qoşulacaq”, – deyə Truxanov əlavə edib. Merin sözlərinə görə, Azərbaycanın diaspor nümayəndələri ilə görüşündə parkın salınması detalları müzakirə edilib. 2013-cü ildən nəzərdə tutulan parkın yaradılmasının maliyyəsini tam olaraq Azərbaycan diasporu öz üzərinə götürüb. Merlə görüşdə iştirak edən “Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Ayaz…
Daha çoxBakıda keçirilən “Poçt Liderləri Forumu” başa çatdı
Mayın 15-i paytaxt Bakının ev sahibliyi etdiyi “Poçt Liderləri Forumu”nun sonuncu günüdür. SİA xəbər verir ki, Avropa və MDB regionundan olan 30-dan çox ölkənin 150-dən çox yüksəksəviyyəli nümayəndəsinin – milli poçt xidmətlərinin, texnologiya və e-ticarət şirkətlərinin təmsilçilərinin və ekspertlərin iştirakı ilə forumun üçüncü günündə qlobal tendensiyalara və rəqəmsal pozuntulara cavab olaraq poçt sektorunun transformasiyası mövzularında müzakirələr aparılıb. MDB ölkələri üzrə Regional Rabitə Birliyinin baş direktoru Aleksey Borodin belə mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı öz fikirlərini bölüşüb: “Azərpoçt” həmişə regionun ən qabaqcıl və inkişaf etmiş müəssisələrindən biri olub. Biz…
Daha çoxAzərbaycanın çoxvektorlu xarici siyasəti: Regional gücdən qlobal aktora
Son illərdə dünyada baş verən geosiyasi dəyişikliklər, regional münaqişələr və enerji təhlükəsizliyi ilə bağlı qlobal narahatlıqlar beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşdırıb. Belə bir mürəkkəb, çoxqütblü mühitdə müstəqil və çevik xarici siyasət yürütmək, milli maraqları qlobal səviyyədə səmərəli şəkildə müdafiə etmək hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu həm regional sabitliyin təmin olunmasında, həm də ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin praqmatik düşüncəyə və milli maraqların qorunmasına əsaslanan xarici siyasəti Azərbaycanı beynəlxalq…
Daha çoxZelenski İstanbula nümayəndə heyəti göndərəcəyini bildirib…
Ukraynalı danışıqlarçılar qrupuna Ukrayna Müdafiə Nazirliyinin rəhbəri başçılıq edəcək… …Rusiya ilə danışıqlar üçün İstanbula gedəcək Ukrayna nümayəndə heyətinə Ukraynanın müdafiə naziri Rustem Umerov başçılıq edəcək. SİA-nın məlumatına görə, Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Ərdoğanla görüşdən sonra bildirib. …Prezident Trampa, Türkiyə nümayəndə heyətinin yüksək səviyyəsinə və prezident Ərdoğana hörmətə görə və Ukraynanın ən azı ilk addımları, heç olmasa atəşkəs nümayiş etdirmək istəyini nümayiş etdirmək istədiyim üçün nümayəndə heyətimizi İstanbula göndərmək qərarına gəldim, amma hamısını yox. Ukrayna Təhlükəsizlik Xidməti rəhbəri və Baş Qərargah rəisi orada olmayacaq. .…
Daha çox