Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,13 ABŞ dolları, yaxud 0,19 % artaraq 68,35 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 65,94 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,12 ABŞ dolları və ya 0,18 % artaraq 67,05 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxDay: May 15, 2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Mayın 14-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.21% – 42,051.06 bəndədək azalıb, S&P 500 indeksi 0.10% – 5,892.58 bəndədək, Nasdaq indeksi isə 0.72% – 19,146.81 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 14-də FTSE 100 indeksi 0.21% – 8,585.01 bəndədək, Almaniyanın DAX indeksi 0.47% – 23,527.01 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.47% – 7,836.79 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.17% artaraq 1.1194 dollar təşkil edib.
Daha çoxRusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün İstanbuldadır
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbuldadır. SİA-nın Rusiya KİV-lərinə istinadən məlumatına görə, nümayəndə heyətini daşıyan təyyarə mayın 15-də səhər Atatürk adına hava limanına enib. Ukraynada vəziyyətin nizamlanması ilə bağlı danışıqlar üç il əvvəl görüşlərin keçirildiyi eyni məkanda baş tutacaq. Danışıqların başlanması Moskva vaxtı ilə saat 10:00-a (Bakı vaxtı ilə 11:00) planlaşdırılıb. Bildirildiyi kimi, RF nümayəndə heyətinə danışıqlarda RF prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Həmçinin nümayəndə heyətinə XİN başçısının müavini Mixail Qaluzin, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov, müdafiə nazirinin müavini…
Daha çoxBakının tıxaclı yolları açıqlanıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə…
Daha çoxABŞ Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başlayıb
ABŞ Maliyyə Nazirliyi Vaşinqtonun Suriyaya qarşı daha əvvəl tətbiq etdiyi sanksiyaların ləğvi prosesinə başlayıb. SİA xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skot Bessent “X” sosial şəbəkəsində məlumat verib. “Maliyyə Nazirliyi vəziyyəti sabitləşdirmək və Suriyanın sülhə doğru irəliləməsinə kömək etmək üçün sanksiyaları yumşaltmaq üçün addımlar atır”, o yazıb. ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-Amerika investisiya forumunda çıxışı zamanı bildirib ki, Vaşinqton Suriyaya qarşı sanksiyaları dayandıracaq.
Daha çoxAntalyada görüşdülər
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına ev sahibliyi edən Antalyada ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı “X” hesabında paylaşım edib. “Atılacaq addımları ətraflı müzakirə etdik və mövqelərimizi bölüşdük”, – deyə Sibiqa bildirib. Diplomat sülh danışıqlarında iştirakına görə ABŞ-yə təşəkkürünü çatdırıb. O, Amerika ilə əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını qeyd edib.
Daha çoxZığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Daha çoxBakıda növbəti Autizm Festivalı keçiriləcək
Mayın 17-də Bakıda Azərbaycan Autizm Assosiasiyasının “Sea Breeze”lə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi V Autizm Festivalı baş tutacaq. SİA xəbər verir ki, tədbir saat 10:00-dan 18:00-dək Nigar Rəfibəyli küçəsində yerləşən Fəvvarələr meydanında keçiriləcək. Təşkilatçıların bildirdiyinə görə, festivalın məqsədi autizmli insanların sosial inteqrasiyasına dəstək vermək, onların yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək və cəmiyyətin autizm spektr pozuntusu (ASP) barədə məlumatlılığını artırmaqdır. Festival proqramına təntənəli açılış mərasimi, konsert, xüsusi bacarıqlı uşaqların əl işlərindən ibarət sərgi, müxtəlif yaradıcılıq və təlim sahələri üzrə tematik zonalar, reabilitasiya və təhsil müəssisələrinin layihələrinin təqdimatları daxildir. Festivalın geniş auditoriyasını dövlət qurumlarının…
Daha çoxMacarıstan Ukraynanın PUA-sını məhv etdi
Macarıstanın hava hücumundan müdafiə qüvvələri iki ölkə sərhədi yaxınlığında Ukraynaya məxsus pilotsuz təyyarəni vurub. SİA xəbər verir ki, bu barədə “Magyar Hirlap” qəzeti məlumat yayıb. Bildirilib ki, hakimiyyət orqanları cihazın Ukrayna xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat məqsədləri üçün istifadə oluna biləcəyindən şübhələnir. Pilotsuz təyyarə Macarıstanın hava məkanında radar vasitəsilə aşkarlanıb. Kəşfiyyat mənbələrinə görə, insident Ukrayna və Macarıstanın xüsusi xidmət orqanları arasında aylarla davam edən müharibənin bir hissəsidir. Belə ki, hadisə ötən həftə baş versə də, ancaq indi məlum olub. Macarıstan hökumətindən bununla bağlı heç bir rəsmi açıqlama verilməyib.
Daha çoxTrampı tənqid etdikləri üçün işdən qovuldular
ABŞ-da Kəşfiyyat üzrə Milli Şuranın sədri vəzifəsini icra edən Mayk Kollins vəzifəsindən azad edilib. SİA xəbər verir ki, bu barədə əmri ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard verib. ABŞ kəşfiyyatının yüksəkvəzifəli əməkdaşları “Fox News” telekanalına bildiriblər ki, Kollins siyasi qərəzlilikdə və Donald Tramp administrasiyasının fəaliyyətinə qəsdən zərbə vurmaqda ittiham olunub. Qabbardın, həmçinin Kollinsin müavini Mariya Lanqan-Raykhoffun da işdən azad edilməsini tapşırdığı qeyd edilib.
Daha çox