İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramaya təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Baş nazir, Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz Albaniya Sosialist Partiyasının qələbəsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Lideri olduğunuz partiyanın bu yeni uğuru Albaniyanın rifahı naminə həyata keçirdiyiniz ümummilli siyasətə, çoxşaxəli fəaliyyətinizə verilən yüksək qiymətin ifadəsi, xalqınızın Sizə olan inam və dəstəyinin bariz təzahürüdür. Azərbaycan ilə Albaniya arasında qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən dövlətlərarası münasibətlərin və əməkdaşlığın səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha…

Daha çox

“Rusiya payızda dağılacaq, Şimali Koreyalılar da kömək etməyəcək”

Z-müharibə müxbiri Rusiya iqtisadiyyatının çökəcəyini proqnozlaşdırdı. …Rusiya iqtisadiyyatı buna tab gətirə bilmədiyi üçün “xüsusi hərbi əməliyyat”ı dərhal dayandırmaq lazımdır. Kreml köhnəlmə müharibəsini davam etdirə bilmədiyi üçün Ukrayna və Amerika ilə razılaşmağa məcburdur. SİA-nın əldə etdiyi məlumata görə, Dialoq.UA xəbər verir ki, bu barədə rusiyalı “qəzəbli patriot”, Z-müharibə müxbiri Maksim Kalaşnikov öz bloqunda yazıb. …Vladimir Putin danışıqlara gedəcəyinə və danışıqları İstanbulda davam etdirəcəyinə razılaşdı. Zelenski ora getdiyini söylədi. Burada “onlardan üstün olduq”, “təşəbbüsü ələ keçirdik” kimi hər cür cəfəngiyyatlar dolaşmağa başladı. Amma sonda məlum oldu ki,…

Daha çox

“Peyk zavodu”nun direktoru dəyişib

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Peyk Zavodu” MMC-nin direktoru Məhəbbət Hümbətov vəzifəsindən azad edilib. SİA xəbər verir ki, zavoda rəhbərlik Elşən Quliyevə həvalə olunub. O, vaxtilə nazirliyə məxsus “Alov Zavodu”nun direktoru olub. Xatırladaq ki, “Peyk Zavodu” 1993-cü ildə Fransanın “M.U.P. İndustrie G.İ.E.” konsorsiumunun iştirakı ilə tikilib, 1996-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 765 578 manatdır. Müəssisə müxtəlif çap lövhələrinin istehsalı ilə məşğuldur.

Daha çox

Azərbaycan korrupsiyaya qarşı mübarizədə qlobal mərkəzə çevrilir

Azərbaycan Prokurorluğu beynəlxalq hüquqi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir və bu sahədə atılan ardıcıl addımlar ölkəmizin beynəlxalq hüquq məkanında nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədovun rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirilir. Qeyd edək ki, 2025-ci ilin 19–23 may tarixlərində Bakı şəhəri BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasa və İdarəetmə Komitəsinin Onuncu Görüşünə ev sahibliyi edəcək. Tədbirdə 92…

Daha çox

I Qarabağ müharibəsinin daha beş itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha beş şəhid dəfn olunacaq. SİA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhidlərin hamısı hərbçidir. Sabah dəfn olunacaq itkin-şəhidlər Məmmədov Yusif Mirzəli oğlu, Rüstəmov Miriş Məhəmməd oğlu, Məmmədov Muxtar Bayram oğlu, Abbasov Abuzər Tənzil oğlu və Ərzumanov Elşən İsaməddin oğludur. Qeyd edək ki, Y.Məmmədovun nəşinin qalıqları saat 12.00-da Sumqayıt şəhəri Şəhidlər xiyabanında, M.Rüstəmov saat 14.00-da Ağcabədi şəhəri Şəhidlər xiyabanında, M.Məmmədov saat 12.00-da Şərur şəhəri Şəhidlər xiyabanında, A.Abbasov saat 15.00-da…

Daha çox

“Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda tədbir keçirilir

Bu gün Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda tədbir keçirilir. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri Aynur Sofiyeva,…

Daha çox

Ramil Usubov Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının (TŞ) katibi, general-polkovnik Ramil Usubov mayın 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. TŞ-dan SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib. R.Usubov ümidvar olduğunu bildirib ki, yeni məsul vəzifəsində Baş katibin ölkəmizə ilk səfərinin, bugünkü tədbirin, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirilən görüşün iki qardaş dövlət ərazisində əmin-amanlığın və təhlükəsizliyin gücləndirilməsi işinə öz töhfəsini…

Daha çox

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

Mayın 14-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Şuradan SİA-ya verilən məlumata görə, iclasda hakim vəzifəsinə namizədlərin seçim prosesinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanan layihə ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın yenidən işlənilmiş layihəsi müzakirə edilib. Daha sonra Hakimlərin Seçki Komitəsinə yeni üzv seçilməsi məsələsinə baxılıb. İclasda həmçinin görülmüş işlər, qarşıda duran vəzifələr diqqətə çatdırılıb, məhkəmə fəaliyyətinə dair məruzələr dinlənilib, intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Sonda təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti…

Daha çox

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Mərkəzi Təminat və Marketinq İdarəsi” MMC-nin direktoru Qabil Eyyubov vəzifəsindən azad edilib. SİA xəbər verir ki, şirkətə rəhbərlik Soltan Qasımova həvalə olunub. O, yaxın aylara qədər nazirliyə məxsus “Radioquraşdırma Zavodu” MMC-nin direktoru olub. Xatırladaq ki, “Mərkəzi Təminat və Marketinq İdarəsi” ölkə Prezidentinin 27 sentyabr 2006-cı il tarixli fərmanı əsasında yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin və onun tabeliyində olan müəssisələrin fəaliyyətlərinin həyata keçirməsini təmin etmək üçün avadanlıq, dəstləşdirici hissələrin və mal-material dəyərlərinin təchizatı ilə bağlı işlər və digər xidmətlərin təşkilindən ibarətdir.

Daha çox

Məhkəmə-Hüquq Şurasının iclasında intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılıb

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib, intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılıb. Bu barədə SİA-ya Məhkəmə-Hüquq Şurasından məlumat verilib. Bildirilib ki, iclasda hakim vəzifəsinə namizədlərin seçim prosesinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanan layihə ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın yenidən işlənilmiş layihəsi müzakirə edilib. Daha sonra Hakimlərin Seçki Komitəsinə yeni üzv seçilməsi məsələsinə baxılıb. İclasda həmçinin görülmüş işlər, qarşıda duran vəzifələr diqqətə çatdırılıb, məhkəmə fəaliyyətinə dair məruzələr dinlənilib, intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Sonda təqaüdə…

Daha çox