AZİR indeksinin 1 faiz bəndi dəyişməsi fiziki şəxslər üzrə depozit faizlərinə 0,14-0,27 faiz bəndi təsir edir. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin müavini Elçin Güləliyev bildirib. “2023-cü ilin noyabrından 1D AZİR indeksi faiz dəhlizi daxilində formalaşır ki, bu da pul siyasətinin ötürücülüyündə faiz kanalının işləməyə başladığını göstərir”,- deyə o qeyd edib. AMB rəsmisinin sözlərinə görə, ötən 2 ilin təcrübəsi və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ekspertləri ilə sız əməkdaşlıq çərçivəsində AZIR indeksinin hesablanmasının yeni və daha təkmil qaydaları…
Daha çoxDay: May 15, 2025
SİA dünənki, “donuz ətiylə bağlı” yazıya qayıdır…
Müfti Abbyasov üsyançı kuryerləri dəstəklədiyinə görə Muxutdinovu bəyənmədiyini bildirib Əvvəla deyim ki, SİA bu məsələ,.. dəqiq desək, Marina Əhmədovanın bu məsələyə münasibətilə bağlı fikirlərinə yer vermişdi. …Deməli, Moskvada çatdırılma xidməti kuryerləri donuz əti xörəkləri və İslam baxımından qadağan olunmuş digər məhsulların çatdırılmasını dayandırıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu qərar cəmiyyətdə kəskin reaksiyaya səbəb olub. Qeyd edilməlidir ki, Moskva vilayətinin müftisi Denis Muxutdinov kuryerlərin hərəkətlərini bəyənib. Və dini qadağaları pozmağın günah olduğunu vurğulayıb. Alıcı müsəlman olmasa belə, donuz ətinin çatdırılması yenə də pozuntu…
Daha çox“Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda açıq dərs keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda açıq dərs keçirilib. SİA xəbər verir ki, tədbir çərçivəsində həmçinin “Ailə dəyərləri İslam incəsənətinin gözü ilə“ adlı sərginin nümayişi və tələbələr arasında təşkil olunan ailə dəyərləri ilə bağlı esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması da həyata keçirilib. İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov jurnalistlərə açıqlamasında bildirib ki, bu format bir ilkdir və tədbirin təşkilində məqsəd ailə dəyərlərinin qorunması və təbliği, ailə institutunun inkişafı, eləcə də cəmiyyətdə nümunəvi ailə modelinin təşviqini təmin…
Daha çoxAzərbaycan IOSCO-nun 50-ci illik toplantısında təmsil olunub
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (International Organization of Securities Commissions – IOSCO) Qətərin paytaxtı Dohada keçirilmiş 50-ci İllik Toplantısında iştirak edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Qətərin Maliyyə Bazarları üzrə Nəzarət Qurumunun (QFMA) rəhbəri Tami Bin Əhməd əl-Binali ilə görüşüb. Tərəflər hər iki qurumun kapital bazarları üzrə inkişaf strategiyası, IOSCO çərçivəsində birgə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparıb.
Daha çoxVergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik qüvvəyə minib
Prezident İlham Əliyev Milli Məclisin aprelin 11-də qəbul etdiyi Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. SİA xəbər verir ki, həmin qanunlar “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlardır. Xatırladaq ki, Prezident İlham Əliyevin 28 fevral 2023-cü il tarixli sərəncamı ilə…
Daha çoxAzərbaycan IOTA-nın İcraiyyə Şurasının 153-cü iclasında təmsil olunub
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) İcraiyyə Şurasının Estoniyanın paytaxtı Tallində keçirilmiş 153-cü iclasında iştirak edib. SİA bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, qurumun rəisi, IOTA prezidenti Orxan Nəzərli iclasda çıxış edib. O, qeyd edib ki, İcraiyyə Şurası təşkilatın strateji məqsədlərinə nail olmaq üçün böyük səylə çalışır. Şuranın iclasında mühüm məsələlərin müzakirə olunduğunu vurğulayan O.Nəzərli qəbul ediləcək qərarların təşkilatın gələcək fəaliyyəti üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib. İclasda IOTA-nın gördüyü tədbirlər və Təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təşəbbüslər barədə məlumat verilib.…
Daha çoxAzərbaycanda xüsusi müsadirə edilmiş əmlaklar hərraca çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 13-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 8 daşınar və daşınmaz əmlak çıxarılacaq. Bunlar, 1 mobil telefon, 1 qeyri-yaşayış sahəsi, 4 torpaq sahəsi, 1 bağ evi və 1 fərdi yaşayış evidir. Əmlakların start qiyməti 120 – 80 000 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir. Sifarişlər iyunun 10-na qədər qəbul olunacaq.
Daha çoxPrezident FHN-in 20 illik yubiley medalının təsis olunmasını təsdiqləyib
Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis olunub. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, yubiley medalı ilə Azərbaycanın fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif ediləcəklər. Yubiley medalı döşün sol…
Daha çoxBank “BTB” ASC 3 milyon manat məbləğində kapital artımını uğurla tamamlayıb
Bank “BTB” ASC maliyyə dayanıqlığını daha da gücləndirmək və strateji inkişaf planlarına uyğun olaraq kapital bazasını möhkəmlənmək məqsədilə 3 milyon manat məbləğində kapital artımını uğurla həyata keçirib. Bankın Sia-ya verdiyi məlumatına görə, Azərbaycan Respublikasının Mərkəzi Bankının 07.04.2025-ci il tarixli məktubu ilə qeydə alınmış istiqraz emissiyası tam yerləşdirilmişdir. “Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1 000 manat, sayı 3 000 ədəd, ümumi həcmi 3 milyon manat olan faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar bazara təqdim olunmuşdur. 7 il tədavül müddətinə malik olan bu istiqrazların emissiyası subordinasiya borc öhdəliyi kimi tanındığından, Bank…
Daha çoxMikayıl Cabbarov EBRD-nin Müdirlər Şurasının açılış sessiyasında
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İllik Toplantısı çərçivəsində EBRD-nin Müdirlər Şurasının açılış sessiyasında iştirak edib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Tədbirdə qlobal çağırışlar şəraitində iqtisadi resursların effektiv istifadəsi, iqlim fəaliyyətini dəstəkləyən infrastrukturun formalaşdırılması, rəqəmsal transformasiya, müasir biznes həllərinə investisiyalar, sənaye siyasəti və sosial təhlükəsizliklə bağlı qabaqcıl təcrübələr qeyd edildi”, – nazir vurğulayıb.
Daha çox