Mayın 14-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.21% – 42,051.06 bəndədək azalıb, S&P 500 indeksi 0.10% – 5,892.58 bəndədək, Nasdaq indeksi isə 0.72% – 19,146.81 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 14-də FTSE 100 indeksi 0.21% – 8,585.01 bəndədək, Almaniyanın DAX indeksi 0.47% – 23,527.01 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.47% – 7,836.79 bəndədək azalıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.17% artaraq 1.1194 dollar təşkil edib.