Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Şimali Makedoniyanın gələcəyinin Aİ-yə üzvlükdə olduğunu bildirib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Antonio Koşta Qərbi Balkan regionu ölkələrinə səfəri çərçivəsində Şimali Makedoniyada Baş nazir Kristian Miskoski ilə görüşüb. Antonio Koşta Aİ-nin genişlənmə planının hər bir ölkənin paylaşdığı ümumi məqsəd olduğunu bildirib.
Baş nazir Kristian Miskoski isə ölkəsinin Avrointeqrasiya öhdəliyinin olduğunu deyib, Avropa Şurasının Prezidentinin regiona səfərini bu ölkələrin Aİ-yə üzvlük prosesinə dəstək kimi qiymətləndirib.
Qeyd edək ki, Antonio Koşta Qərbi Balkan regionu ölkələrinə səfəri çərçivəsində Serbiya, Bosniya və Herseqovina, Monteneqro və Kosovoda olub, Şimali Makedoniyadan sonra Albaniyaya səfər edəcək.