Səbinə Əliyeva İƏT Ombudsmanlar Assosiasiyasının iclasında iştirak edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İranda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) İdarə Heyətinin iclasında və Assosiasiyanın Baş Assambleyasında iştirak edib. SİA xəbər verir ki, tədbirlərdə çıxışı zamanı Ombudsman Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilən fəaliyyətlərdə fəal şəkildə iştirak etdiyini, bir sıra mühüm qlobal tədbirlərə ev sahibliyi etdiyini bildirib. Müvəkkil ötən il Assosiasiya çərçivəsində üzv təsisatlar arasında əlaqələrin gücləndirilməsi və birgə fəaliyyətin artırılmasından məmnunluqla bəhs edib, əhalinin həssas qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təşviqi istiqamətində işlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.…

Daha çox

Tramp Səudiyyə Ərəbistanından birbaşa bu ölkəyə getdi

Səudiyyə Ərəbistanına səfərini başa vuran ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turunun ikinci dayanacağı olan Qətərə çatıb. SİA xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. Bildirilib ki, Tramp Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək. Məlumata görə, hindistanlı milyarder və Asiyanın ən zəngin adamı Mukeş Ambani də Lusail sarayında Tramp və Al Taninin iştirak edəcəyi şam yeməyinə qatılacaq. Qeyd edək ki, Trampın mayın 13-16-sını əhatə edən Yaxın Şərq turunun növbəti dayanacağı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olacaq.

Daha çox

Şahdağa qar yağır – FAKTİKİ HAVA

Saat 16:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Naxçıvan, Şahbuz, Ordubad, Quba, Qusar, Qrız, Lerik, Qəbələ, Qobustan, Oğuz, Şəki, Zaqatala, Balakən, Xınalıq, Xaltan, Gəncə, Göygöl, Mingəçevir, Yevlax, Tərtər, Naftalan, Şəmkir, Astara, Bərdə, Goranboy və Daşkəsəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Şahdağda isə qar yağması müşahidə olunur. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 26 m/s-dək güclənir. Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Qusar, Qrız, Xaltan və Lerikdə…

Daha çox

150 illik ənənə davam edir

Müstəqil mətbuatın yaradılması və inkişafı Ulu Öndərimiz Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə bağlıdır Bu gün Azərbaycan siyasi, iqtisadi, diplomatik, hərbi və digər sahələrdə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanan dövlətlərdən biri kimi tanınır və qəbul edilir. 44 günlük Vətən Müharibəsi ilə 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azad edilməsi ölkəmizin dünya miqyasında gücünə yeni güc qatdı, hörmətini, nüfuzunu yüksəkliklərə qaldırdı. Söz yox ki, uğurların, qələbələrin əldə olunmasında ölkə mətbuatının da müstəsna rolu mövcuddur. Azərbaycan mətbuatı çətin, ağır, həm də şərəfli yol keçib və bu gün dünyada…

Daha çox

Uşaqlar hansı cizgi filmlərini izləməlidir?

Uşaqların sevdiyi şeylər deyəndə ağlımıza ilk gələn cizgi filmləri olur. Hamımız bilirik ki, hər yaş qrupu üçün əyləncə dolu müxtəlif cizgi filmləri var. Bəs cizgi filmlərinin uşaq inkişafında hansı rolu oynaya biləcəyini heç düşünmüsünüzmü? SİA mövzu ilə bağlı araşdırma aparıb. Övladlarının cizgi filmlərinə baxmağı çox sevdiyini dərk edən valideynlərin uşaqlarının inkişafını dəstəkləmək üçün izləməli olduqları cizgi filmləri ilə maraqlanması olduqca normaldır. Bununla belə, yüzlərlə cizgi filmi arasında düzgün seçim etmək, maarifləndirici cizgi filmlərinin hansı xüsusiyyətlərə malik olduğunu və onların uşaqlara necə təsir edə biləcəyini araşdırmaq lazımdır. Öyrədici cizgi filmləri uşağın…

Daha çox

Azərbaycan Almaniyada keçiriləcək “GITEX Europe” tədbirində təmsil olunacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Vüsal Xəlilov mayın 21-23-də Almaniyanın paytaxtı Berlində keçirilicək “GITEX Europe” tədbirində iştirak edəcək. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Sədr müavini qeyd edib ki, tədbirdə Azərbaycanın qabaqcıl tənzimləmə yanaşması vasitəsilə fintex innovasiyalarını necə irəli apardığı barədə fikirlərini bölüşəcək: “Yanaşmada rəqəmsallaşma maliyyə sektorunun transformasiyasının əsas hərəkətverici qüvvəsi kimi ön plandadır. Tədbirdə maliyyə xidmətlərinin müasirləşdirilməsi və əlçatanlığının artırılması üçün rəqəmsallaşmanın rolu, daha çevik və effektiv nəzarət üçün risk əsaslı tənzimləmə yanaşmaları, daha ağıllı qərarların və innovasiyaların dəstəklənməsi üçün məlumat və süni intellektin tətbiqi və kiber…

Daha çox

“Dünya diplomatiya tarixində bir möcüzə baş verməyəcək”

“May ayının 15-də diplomatiya tarixinin həll etməli olduğu ən mürəkkəb bir problemə şahidlik edəcəyik”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, çox arzulanandır ki, diplomatiya öz tarixində yeni uğura imza atmış olsun: “Rusiya və Ukrayna arasında atəşkəs əldə olunsun, mümkündürsə, hətta sülhə çevrilsin. Amma mənə elə gəlir ki, dünya diplomatiya tarixində bir möcüzə baş verməyəcək. Bu görüşdə konkret nəticə əldə etmək o qədər də asan görünmür. Çünki tərəflərin mövqeyi bir-birindən çox uzaqdır. İkincisi, həll olunmamış məsələlər çoxdur. Üçüncüsü, sülhün təmin olunmasında iştirak etməli olan, hətta müharibə…

Daha çox

“Terrorsuz Türkiyə güclü Türkiyə deməkdir”

“Türkiyədə və Türkiyə ətrafında terrorun dayandırılması bölgə ümumiyyətlə, Yaxın və Orta Şərq üçün olduqca böyük əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, terrorsuz Türkiyə bütün bölgənin sabitliyi üçün olduqca mühüm, müsbət təsir edən amildir: “Terrorsuz Türkiyə həm də Türkiyə dövlətinin hər baxımdan güclənməsinə gətirib çıxaracaq bir hadisədir. Belə ki, məhz PKK terroru dönəmində Türkiyə Cümhuriyyətinin yarım trilyona qədər vəsaitləri terrorla mübarizəyə sərf olunub. Türkiyənin maliyyə zərərləri 500 milyard dollara yaxın vəsaitdir. Bu, olduqca böyük rəqəmdir. Bu həcmdə maliyyə vəsaitləri terror olmasaydı, Türkiyənin inkişafına yönəlsəydi,…

Daha çox

“Uduzan tərəf tədbir sahibləridir”

“Şadlıq və digər mərasimləri daha mütəvazi həyata keçirmək lazımdır”. Bu sözləri sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, buna heç bir lüzum yoxdur: “Əksinə çalışmaq lazımdır ki, insanlar arasında münasibətlər daha etibarlı olsun, anlayışla ailə qursunlar. Dəbdəbəli toy edirlər, 1-2 ay keçməmiş boşanırlar. Bu o deməkdir ki, burada sosial göstəri xarakterli auditoriyaya hesablanmış “qonşudan geri qalma” prinsipi hökm sürür. Bu, nə cəmiyyət, nə də tədbir sahibi üçün məna kəsb edir. Bizim cəmiyyətimizin həyatında bəzi törələr, adətə çevrilməkdə olan tədbirlər var ki, cəmiyyətə izafi xərclər yaradır, israfçılığa yol açır.…

Daha çox

Azərbaycanın yeni Hərbi prokuroru kollektivə təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 may 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilmiş Bəhruz Əhmədov, Baş prokuror Kamran Əliyev tərəfindən Hərbi Prokurorluğun kollektivinə təqdim edilib. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev, prokurorluq orqanlarına göstərilən yüksək etimada, daima olan diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edərək dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq islahatlarının mütərəqqi nəticələrini qeyd edib, bu islahatların prokurorluq orqanlarında daha da dərinləşdiyini…

Daha çox