Qaradağda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

2025-ci il mayın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Qaradağ Qaz Anbarları İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müstəqillik Günü və Suverenliyin əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Qaz Anbarları İdarəsinin rəisi Rövşən Qarayev, YAP Qaradağ rayon təşkilatının və idarənin işçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qaradağ Qaz Anbarları İdarəsinin rəisi Rövşən Qarayev tədbirin Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar təşkil olunduğunu və bunun ölkəmizin…

Daha çox

Süni intellektin müsbətləri və mənfiləri nədir?

Süni intellekt nədir? İnsanların və ya heyvanların intellektindən fərqli olaraq maşın və ya proqram təminatının intellektidir. Süni intellekt tətbiqlərinə qabaqcıl veb axtarış mühərrikləri (Google axtarış sistemi), tövsiyə sistemləri (“YouTube”, “Amazon” və “Netflix” tərəfindən istifadə olunur), virtual assistentlər (“Siri” və “Alexa” kimi), özügedən avtomobillər (“Waymo”), generativ və ya yaradıcı alətlər (“ChatGPT” və süni intellekt incəsənəti), strateji oyunlarda (şahmat və Qo kimi) ən yüksək səviyyədə yarışmaq daxildir. Süni intellekt 1956-cı ildə akademik fənn kimi təsis edilmişdir. Bu sahə optimizm dövrlərindən keçmiş, sonradan məyusluq və maliyyə itkisi yaşamış, lakin 2012-ci ildən sonra dərin…

Daha çox

Kapital Bank-da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi

Ölkənin birinci bankı Kapital Bank gənclərin, xüsusən də tələbələrin yeni təcrübələr qazanmasına və şəxsi inkişafına dəstək olmağa davam edir. Bu dəfə bank daxilində dörd ali məktəbin tələbələri üçün xüsusi təlimlər təşkil edilib. Gənclərin maliyyə və müştəri təcrübəsi sahələrində biliklərinin artırılması məqsədi ilə həyata keçirilən layihə ötən həftə baş tutub. İlk olaraq Azərbaycan Turizm və Menecment Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan ekskursiyada ali məktəbin tələbələri bankın maliyyə şöbələri ilə tanış olublar. Təlim hissəsində tələbələr maliyyə uçotu, daxili mühasibatlıq, maliyyə təhlili və idarəetmə, maddi motivasiya, requlyativ hesabatlıq sahələrində tətbiq edilən ən…

Daha çox

Ermənistan Rusiya silahlarından imtina edib..?

İrəvan indi bazarlığı Hindistan və Fransa ilə edir… …Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Ermənistan Rusiya silahlarını almaqdan imtina edərək Hindistan və Fransadan silah almağa başlayıb. Belə ki, 2022-2023-cü illərdə İrəvan Nyu Dehli ilə 1,5 milyard dollardan çox, Parislə 2023-2024-cü illərdə isə 250 milyon dollarlıq müdafiə müqavilələri imzalayıb. Eyni zamanda, Ermənistanın Rusiya ilə 400 milyon dollarlıq sonuncu müdafiə müqaviləsi hələ 2021-ci ildə imzalanıb və hələ də tam icra olunmayıb. SİA-nın məlumatına görə, bu barədə Rusiya Beynəlxalq İşlər Şurasının (RİAC) “Mövcud mərhələdə Rusiya-Ermənistan qarşılıqlı fəaliyyəti” adlı hesabatında deyilir. …O…

Daha çox

“Vətəndaşlara çağırışımız sadədir”

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Metodologiya və Təlim Şöbəsinin müdiri Adil Aslanovun SİA-ya müsahibəsini təqdim edirik: – Üçtərəfli bəyanatın imzalandığı gündən bu günə işğaldan azad olunmuş ərazilərimizdə hansı işlər görülüb və daha nələr planlaşdırılır? – Mina bəşəriyyətin problemidir. Azərbaycan hələ də birinci Qarabağ müharibəsindən qalan mina problemi ilə mübarizə aparır. İndiyə kimi də birinci Qarabağ müharibəsi dövründən qalan mina və partlamamış hərbi sursatlar təmizləmə əməliyyatları zamanı rastımıza çıxır. Vətən müharibəsindən sonra ANAMA-nın fəaliyyətinin miqyası daha da genişləndi. Bu ərazilərdə ilk növbədə prioritet olaraq yollar, kommunikasiya xətlərinin təmizlənməsi həyata keçirildi. Biz ANAMA…

Daha çox

Lüksemburqda Avropa Şurasının 134-cü sessiyası başlayıb

Bu gün Lüksemburqda Avropa Şurasının (AŞ) 134-cü nazirlər sessiyası başlayıb. SİA-nın məlumatına görə, Azərbaycanı görüşdə xarici işlər nazirinin müavini Elnur Məmmədov təmsil edir. Qeyd olunub ki, gündəliyə yeni geosiyasi kontekstdə təşkilatın rolu, xüsusilə Ukraynaya dəstəyi, həmçinin Avropa Şurasının ətraf mühitin mühafizəsi sahəsində fəaliyyəti ilə bağlı məsələlər daxil edilib. Nazirlər həmçinin Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlığı müzakirə edəcəklər.

Daha çox

Saç tökülməsinin səbəbləri BƏLLİ OLDU

“Saç tökülməsi bir çox insanın qarşılaşdığı, müxtəlif səbəblərə əsaslanan bir problemdir. Bu hallar bəzən müvəqqəti, bəzən isə daimi xarakter daşıyır. Saçların sağlam qalması üçün həm daxili, həm də xarici amillərin birlikdə qiymətləndirilməsi vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında terapevt Günay Musayeva deyib. Onun sözlərinə görə, ən geniş yayılmış səbəblərdən biri genetik meyillikdir: “Xüsusilə androjenetik alopesiya (irsiyyətə bağlı saç tökülməsi) kişilərdə və qadınlarda müxtəlif yaş dövrlərində özünü göstərə bilər. Bundan əlavə, hormonal pozuntular, xüsusilə qalxanabənzər vəzin az və ya çox işləməsi, doğuşdan sonrakı dövr, menopauza, polikistik yumurtalıq sindromu (PCOS) kimi hallar da…

Daha çox

Gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanda işgüzar səfərdə olan Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov arasında görüş keçirilib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının növbəti iclasının bu ilin payızında keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub, eyni zamanda, ətraf mühitin mühafizəsi, meşə təsərrüfatı sahəsində birgə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Daha çox

Dünya hadisələrində BRİTANİYANIN GİZLİ ROLU

Dünya miqyasında, qlobal müstəvidə baş verən hadisələrə hansısa təsirlərin olduğu qətiyyən təkzib edilmir. Tarixi faktlar sübut edir ki, bütün dövrlərdə bir çox məsələlərə müdaxilələr sonda öz təsirini göstərib və nəticə də bundan asılı olub. Hal-hazırda da belə faktlar az deyil və bu faktlar kifayət qədər araşdırılaraq, hələ də təsirlərin olduğu, hansısa prosesdə həmin təsirlərin rolunun mövcudluğu etiraf edilir. Dövrümüzdə cərəyan edən dünya hadisələrində, qlobal müstəvidə baş verən proseslərdə Britaniyanın gizli rolunun olduğu diqqəti cəlb edir. Avropada liderlik mövqeyini möhkəmləndirmək niyyəti qətiyyən təkzib edilə bilməz Rusiya Xarici Kəşfiyyat Xidməti məhz Ukrayna…

Daha çox

“Azərbaycanda yaşıl enerji ilə bağlı çoxlu işlər görülür”

“Azərbaycanın bəzi bölgələrində, şimal bölgəsində və Quba-Qusar zonasının düzənlik hissələrində geniş günəş panelləri quraşdırılıb. Amma bu panellər kənd təsərrüfatına yararlı torpaqların bir hissəsini tutur”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib. Onun sözlərinə görə, panellər 1-3 metr hündürlükdə quraşdırılsın ki, altından heyvandarlıq və əkinçilik üçün istifadə mümkün olsun: “Çünki Azərbaycanda adambaşına düşən torpaq sahəsi çox azdır. Külək enerjisinə gəldikdə isə xüsusilə Abşeron yarımadası külək üçün əlverişli zonadır. Burada həm şimaldan, həm qərbdən gələn hava kütlələri külək turbinləri üçün əlverişlidir. Xəzərin 825 kilometrlik sahil zolağı enerjidən istifadə üçün böyük imkanlar…

Daha çox