2025-ci ilin yanvar-mart aylarında “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidmətinə ümumilikdə 940 müraciət qeydə alınıb. Bu zənglərin 163-ü psixoloji problemlər, 147-sı hüquqi yardım, 94-ü sosial məsələlər, 48-i təhsil, 17-si səhiyyə hüququ ilə bağlı olub. Zənglərin 471-i ümumi xarakterli suallar, xidmət haqqında məlumat sorğuları və digər müxtəlif mövzuları əhatə edib. Statistik göstəricilərə əsasən müraciətlərin 48%-i qadın, 27%-i kişi, 25%-i isə anonim şəkildə edilib. Zənglərin yaş təsnifatına əsasən, onların 547-i 18 yaşdan yuxarı şəxslərdən, 175-i isə 18 yaşdan aşağı uşaqlardan gəlib, qalan müraciətlər anonim olub. AUQX-in əsas məqsədi çətin vəziyyətə düşmüş uşaqlara…
Daha çoxDay: May 14, 2025
TDT ölkələri Türk dünyası MSK-nın Məşvərət Platformasını yaradıblar
Qazaxıstanın Türküstan şəhərində türk dünyasının mərkəzi seçki orqanlarının Məşvərət Platformasının yaradılması haqqında sənəd imzalanıb. Bu barədə SİA Qazaxıstan MSK-nın mətbuat xidmətinə istinadən xəbər verib.
Daha çoxAzərbaycanda İƏT-in Zirvə görüşü keçiriləcək
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşünə ev sahibliyi edəcək. SİA xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində keçirilən “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə deyib. Onun sözlərinə görə, qarşıdakı dövrdə Azərbaycan üçün mühüm tədbirlər gündəmdədir: “Sonrakı iki ildə Azərbaycanın İƏT-ə sədrliyi reallaşacaq. Eyni zamanda Qlobal Şəhərsalma Forumu və s. tədbirlərin də Bakıda keçirilməsi gözlənilir. Bu tədbirlər Azərbaycanın önəmini artıracaq faktorlardır”. Y.Rəfiyev həmçinin bildirib ki, 2030-cu ilədək dünyanın ən böyük…
Daha çox“Azərbaycan bərpa-quruculuq prosesində unikal təcrübə sərgiləyir”
“İşğaldan azad olunmuş ərazilərin bərpası ilk növbədə burada məskunlaşan soydaşlarımızın rifahını təmin etməyə yönəlib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib. O bildirib ki, Ağdamın Kəngərli kəndinə də artıq həyat qayıdıb: “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri, burada yeni istifadəyə verilən obyektlər, Kəngərli sakinlərinin qayıdışı Azərbaycanın postmünaqişə dövründəki gücünü göstərir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsi olan 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Reallıq…
Daha çoxƏmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edilib
Azərbaycan Prezidenti İlham Əliyev Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edilməsi barədə Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, bu vəzifəyə yenidən Tural Qüdrət oğlu Piriyev təyin edlib. Xatırladaq ki, T.Piriyev 2006-2007-ci illərdə hazırda ləğv prosesində olan “Atabank” ASC-də, 2007-2012-ci illərdə isə “PAŞA Holdinq” MMC-də hüquqşünas kimi çalışıb, eləcə də 2011-2012-ci illərdə holdinqə daxil olan “PAŞA Həyat Slğorta” ASC-nin Audit Komitəsinin sədri, 2012-2014-cü illərdə isə yenə də bu holdinqin strukturu olan “Kapital Bank” ASC-nin Hüquq departamentinin direktoru olub. O həmçinin 2011-2013-cü illərdə Azərbaycan Gimnastika Federasiyasında çalışıb. T.Piriyev…
Daha çoxAzərbaycan və Moldova enerji əməkdaşlığını genişləndirməyi müzakirə ediblər
Azərbaycan və Moldova arasında investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, müzakirələr Moldovanın Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Doina Nistor görüşdə baş tutub. “Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İllik Toplantısı çərçivəsində xanım Doina Nistor ilə görüşdük. Moldova ilə iqtisadi əlaqələrin inkişaf istiqamətlərini, investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçirdik”, – o vurğulayıb.
Daha çoxHazırda Qlobal Cənub inkişafdadır və sıçrayış dövrünü keçirir
Azərbaycan xarici siyasətində çoxtərəfliliyə hər zaman önəm verən dövlət olub. SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində keçirilən “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə deyib. Onun sözlərinə görə, hazırda Qlobal Cənub inkişafdadır və sıçrayış dövrünü keçirir: “Bu gün dünya əhalisinin 85 faizi, ümumi daxili məhsulun 39 faizinin cəmləşdiyi Qlobal Cənub ölkələri siyasi və iqtisadi tranformasiya mərhələsindədir”. Y.Rəfiyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının təsisatlanmasına böyük dəstək göstərib. “COP29-dan sonra…
Daha çox162 minə yaxın “ASAN İmza” sertifikatı verilib
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 161 897 “ASAN İmza” elektron imza sertifikatı verilib. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % azdır. Hesabat dövründə “ASAN İmza”lar 108 017 müraciət üzrə təqdim olunub. Bu isə 1 il əvvələ nisbətən 1,85 % azdır. “ASAN İmza” elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə…
Daha çoxMDB-də kosmosdan hərbi üstünlük əldə etmək məqsədilə istifadəyə qarşı mübarizənin vacibliyi qeyd olunub
Minskdə MDB ölkələri nümayəndələrinin “Silahlanmaya nəzarət, tərk-silah və silahların yayılmaması məsələləri” mövzusunda XİN-lərarası məsləhətləşmələr keçirilib. SİA-nın MDB İcraiyyə Komitəsinə istinadən verdiyi məlumata görə, məsləhətləşmələrdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər. İştirakçılar silahlanmaya nəzarət, tərk-silah və silahların yayılmaması sahəsində vəziyyətin beynəlxalq təhlükəsizliklə bağlı vəziyyətdən asılı olduğunu vurğulayıblar. “Bu sahədə səmərəli irəliləyiş üçün əlverişli şərait yaratmaq məqsədilə etimad mühitinin və müqavilə-hüquqi bazanın effektivliyinin bərpası istiqamətində ciddi kollektiv səylərin göstərilməsi, dövlətlərarası fundamental ziddiyyətlərin əsas səbəblərinin aradan qaldırılmasına diqqət yetirilməsi tələb olunur”, – məlumatda qeyd olunub.…
Daha çoxAzərbaycanda orta aylıq əməkhaqqı 10% artıb
Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 10 % artaraq 1 084 manat təşkil edib. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Bu il aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 774,9 min nəfər olub, onlardan 880,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 894,8 min…
Daha çox