Güclü leysan yağacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında mayın 14-də səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək…

Daha çox

Monteneqro Aİ-yə üzvlük prosesində aparıcı mövqeyə malikdir

Monteneqro Avropa İttifaqına (Aİ) üzvlük prosesində Qərbi Balkan regionunda aparıcı mövqeyə malikdir. SİA xəbər verir ki, bu barədə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvlərinin qəbul etdiyi hesabatında deyilir. Hesabatın lehinə 51 deputat, əleyhinə isə 7 deputat səs verib. Deputatlar Monteneqronun 2028-ci ildə Aİ-yə qoşulması istiqamətində islahatları keçirilməsindəki irəliləyişi alqışlayıblar. Vurğulanıb ki, Monteneqro Qərbi Balkan ölkələri arasında Avropa İttifaqına üzvlük yolunda aparıcı namizəd olaraq qalır. Hesabatda Monteneqronun Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinə, o cümlədən Aİ-nin məhdudlaşdırıcı tədbirlərinə tam uyğunlaşması alqışlanıb. Qeyd edək ki, hazırda Aİ-yə üzv olan ölkələrin sayı 27-dir.…

Daha çox

Güclü zəlzələ Türkiyəni yenə silkələdi

Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində yerli vaxtla saat 01:51-də 6 maqnitudada zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb. Zəlzələ Datça rayonu sahilindən 155 kilometr məsafədə baş verib. Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.

Daha çox

Ukrayna və ABŞ daha bir saziş imzaladı

Ukrayna və ABŞ müştərək İnvestisiyaların Bərpası Fondunun yaradılması və fəaliyyəti haqqında Saziş imzalayıb. Belə bir fondun fəaliyyəti Yerin təki əməliyyatları ilə təmin edilir. SİA xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyi məlumat verib. Məlumatda bildirilib ki, Saziş mayın 13-də Dövlət-Özəl Tərəfdaşlığa (PPP) Dəstək Agentliyi ilə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) arasında imzalanıb. Diplomatik yazışmaların mübadiləsindən sonra Fond fəaliyyətə mayın 23-də başlaya bilər. Qeyd edək ki, mayın 1-nə keçən gecə Ukrayna ilə ABŞ arasında iqtisadi əməkdaşlıq haqqında saziş (Yerin təki sazişi) imzalanıb. Sənəd mayın 8-də Ukrayna Ali Radasında ratifikasiya…

Daha çox

Suriya intibahı başlayır

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın tələbindən sonra Suriyaya qarşı əvvəllər tətbiq edilən sanksiyaları ləğv edib. SİA xəbər verir ki, bu, Əsəd rejimini devirərək hakimiyyətə gələn Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa və komandasına ölkəni yenidən canlandırmağa, beynəlxalq arenada nüfuzunu bərpa etməyə imkan verəcək. Sanksiyaların ləğvi Suriya üçün daha hansı perespektivlər açır? İlk olaraq Suriya funtunun dəyəri cəmi bir neçə gündə bir neçə dəfə artdı Suriya intibahı başlayacaq Ölkələr nəhəng investisiyalar uğrunda yarışacaqlar Suriyanın bütün vilayətlərində yenidənqurma başlayacaq Ölkə ərazisi…

Daha çox

Ukraynanın bu regionlarında qızğın döyüşlər gedir

Ukraynanın cənub bölgəsində şiddətli döyüşlər davam edir. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yararaq Donetsk, Zaporojye və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədinə çıxmağa cəhd edir, lakin ciddi itkilər verir. SİA xəbər verir ki, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin telemarafon zamanı məlumat verib. Onun sözlərinə görə, ən gərgin döyüşlər Novopavlovsk istiqamətində müşahidə olunur. Məhz bu bölgədə Rusiya ordusu hücum üçün dörd polkun xüsusi təyinatlı bölmələrini cəmləşdirib. Rusiyalı hərbçilər manevrlər üçün fəal şəkildə motosikletlərdən istifadə edirlər, lakin Ukrayna qüvvələri həm texnikanı, həm də canlı qüvvəni məhv edir. Bundan başqa,…

Daha çox

Uruqvayın sabiq prezidenti vəfat edib

Uruqvayın keçmiş prezidenti Xose Muxika 89 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə Uruqvayın rəsmi mənbələri məlumat yayıb. Xose Muxika 2010-2015-ci illərdə Uruqvay prezidenti vəzifəsini yerinə yetirib. Buna qədər o, kənd təsərrüfatı naziri və digər vəzifələrdə çalışıb. Muxika prezidentliyi dövründə həyata keçirdiyi bir sıra ciddi islahatlarla yadda qalıb.

Daha çox

Qazaxıstan və BƏƏ Astana hava limanının inkişafını maliyyələşdirəcək

Qazaxıstan Nəqliyyat Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin “Terminals Holding” şirkətinə daxil olan “Terminals Astana Airport Limited” şirkəti Astana hava limanının və ona bitişik ərazinin kompleks inkişafına yönəlmiş uzunmüddətli investisiya sazişi imzalayıb. SİA Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ümumi investisiya məbləği 1,1 milyard ABŞ dolları təşkil edəcək. Sazişin icrası çərçivəsində investor ikinci uçuş-enmə zolağı, üçüncü sərnişin terminalı, həmçinin yük daşımaları üçün nəzərdə tutulan yük terminalı inşa edəcək. Bundan əlavə, investor sənaye-logistika zonası və mehmanxanalar, ticarət sahələri və logistik terminallar daxil olmaqla biznes klasterdən ibarət çoxfunksiyalı kompleksin inkişafını…

Daha çox

“Tramp Putinə son şans verdi..?”

Rusiyanın 48 saatdan da az vaxt qalıb..? …Avropa ölkələri ABŞ ilə birlikdə Rusiyaya yeni sanksiyalar tətbiq etməzdən əvvəl Putin və Vladimir Zelenski arasında Türkiyədə mümkün görüşə qədər vaxt vermək qərarına gəliblər. SİA-nın məlumatına görə, bu barədə “Bloomberg” danışıqlardan xəbərdar olan mənbələrə istinadən yazıb. Nəşrin yazdığına görə, Amerika tərəfi bazar ertəsi avropalı tərəfdaşlarla danışıqlar zamanı Kremlə təzyiqi artırmazdan əvvəl Moskva və Kiyev arasında danışıqlara şans verməkdə israr edib. Hər şey cümə axşamı günü qərar veriləcək, Rusiyanın dəqiq cavab vermək üçün təxminən 48 saat vaxtı var.…

Daha çox