Məzar daşları şəkilli, yoxsa şəkilsiz olmalıdır?


“İslamda dəbdəbəli məzar daşları qoymaq olmaz”. Bu sözləri SİA-ya açıqlamasında ilahiyyatçı Hacı Rahim deyib.

Onun sözlərinə görə, o demək deyildir ki, hər hansı bir doğmamızı itirdikdə onu məzara qoyan kimi unutmalıyıq: “Biz onları unuda bilmərik, unutsaq, əcdadımızı unutmuş olarıq .

Dəbdəbəli məzar daşı qoymaq olar, amma bahalı, böyük olmamalıdır. Qurani-Kərimdə Allah buyurur ki, “israf etməyin”. Yaşayışda, evdə, mal-mülkdə, yeməkdə, geyimlərdə, gəzməkdə və. digər şeylərdə israf edilməməlidir. Eyni şey qəbir daşları üçün də keçərlidir. Qəbir daşlarında sadə bir daş qoymaq lazımdır. Məsələn, mənim anam və atam dünyasını dəyişibsə, onun qəbrini sadə bir qəbir daşı düzəltdirərəm.

30, 50, 60 il qəbirlər itməmək şərtilə onları yaşatmaq olar. Amma təbii ki, dəbdəbəli olmamalıdır.

Qəbir daşlarına şəkil vurmaq qəbul olunmur. Xüsusilə, xanımların müəyyən şəkillərini şəriətə görə vurmaq olmaz. Sadə qəbir daşı olsa kifayətdir.

Peyğəmbərlərə, imamlara dəbdəbəli şəkil qoymaq olar. Əslində onlarda da sadədir. Biz əsrlərlə şəhidlərimizi yaşatmalıyıq. Peyğəmbərlərimiz, imamlarımız əsrlərdir yaşayırlar. Şəhidlərimiz də seçilmişlərdir.

Bəzi insanların surətlərini yaşatmaq vacibdir. Şəhidlərimiz, alimlərimiz, mütəfəkkir şəxslər, Ulu Öndərimizin şəkillərini, məzarlarını yaşatmalıyıq. Onlar Azərbaycanın mütəfəkkir şəxsləridir. Onlar Azərbaycanı öz qanları ilə yaşadan şəxslərdir. Onların həm məzarlarını, həm şəkillərini əsrlər boyu yaşatmalıyıq. Digər insanların məzarları şəkilsiz və dəbdəbəsiz olmalıdır”.

Nuray Paşşanlı

Əlaqəli Xəbərlər