Kanadanın yeni Baş naziri Mark Karni yeni hökumətin tərkibini formalaşdırıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu ilin əvvəlində Castin Trüdonu əvəz edən və keçən ay seçkilərdə qalib gələn Karni, Anita Anandı xarici işlər naziri təyin edib. Əvvəlki nazir Melani Coli isə sənaye naziri vəzifəsinə gətirilib. ABŞ-la ticarət müharibəsi fonunda Fransua Filip Şampan maliyyə naziri, Dominik Le Blan ticarət və hökumətlərarası ticarət naziri vəzifəsini qoruyub.
Keçmiş müdafiə naziri Bill Bleyer də daxil olmaqla ondan çox adam istefaya göndərilib.
Keçmiş jurnalist Evan Solomon yeni süni intellekt naziri vəzifəsinə təyin olunub.
Trüdonun dövründə olduğu kimi, qadınlar Nazirlər Kabinetinin yarısını təşkil edir.