ABŞ İrana yeni sanksiyalar tətbiq edib


ABŞ İrana yeni sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat dərc edilib.

Bildirilib ki, iki iranlı şəxs – Məhəmməd Rza Seddiqi Sabir və Əhməd Həqiqəttalbı sanksiyalar siyahısına əlavə edilib. Eyni zamanda, “Pouya Pars Forward-Looking Technologies” şirkəti də sanksiyalar siyahısına daxil edilib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, şirkət Tehranın Şəmsabad Sənaye Zonasında yerləşir və həssas texnologiyalar sahəsində fəaliyyət göstərir.

Əlaqəli Xəbərlər