…İlk övladınızı dünyaya gətirmək üçün ən optimal yaş 23-35 yaş arasıdır.
SİA-nın məlumatına görə, bunu müasir mama-ginekoloqlar tövsiyə edirlər.
…23 yaşından, ilk növbədə, psixososial baxımdan…
Sosioloqlar və psixoloqlar qeyd edirlər ki, indiki iyirmi yaşlılar ötən əsrin sonlarının iyirmi yaşlılarından çox fərqlidirlər – onlar çox vaxt özləri də uşaqdırlar. Yaşlandıqca, ümumiyyətlə, müasir qadınların sağlamlıq problemlərinin daha çox olduğunu görürük.
Bunu deyən həkimin sözlərinə görə, hamiləlik orqanizmi cavanlaşdırmadığı üçün 40 yaşdan sonra uşaq dünyaya gətirmək qərarına gələn qadınlar üçün ən çətindir.
Bu bir mifdir, amma reallıq budur ki, körpəlikdə olan bir çox xəstəliklər özlərini tanıdır.
Bu səbəbdən daha əvvəl analıq haqqında düşünmək daha yaxşıdır, çünki yaşla uşaqda genetik patologiyaların riski artır. Maraqlıdır ki, bu sahə üzrə tanınmış mütəxxəsislər də eyni şeyi təkrarlayırlar.
…Əvvəllər 25 yaşlı qadın “qoca” sayılırdı. Amma zaman dəyişir və müasir dünyada valideyn olmaq üçün ideal yaş 23-35 yaş arasıdır. Axı nəinki uşaq dünyaya gətirmək, həm də onu böyütmək lazımdır axı…
…Əşşi boş verin getsin! Yəqin yadınıza gələr, dünyanın ən yaşlı anası olan hindiatanlı Raji Devi Lohanı deyirəm. 70 yaşında doğdu, üzr istəyirəm, ana oldu. Özü də… bizlərdə deyildiyi kimi, birinci qarın idi…
Nazlı Almuradova