…Avropa liderləri şənbə günü Rusiya lideri Vladimir Putinə Ukraynada 30 günlük qeyd-şərtsiz atəşkəsə razılıq verməsi üçün təzyiqi artıraraq, Moskvaya qarşı daha çox sanksiyalar və Kiyevə hərbi dəstəyi artıracaqları ilə hədələyiblər.
…ABŞ prezidenti Donald Trampın Avropanın tələblərini dəstəkləməsi və potensial atəşkəsin həyata keçirilməsinə və monitorinqinə töhfə verməyə hazır olması vacibdir – Avropa tərəfi belə deyir.
SİA-nın məlumatına görə, bunu “Politico” yazıb.
…Liderlərin Mariinski sarayında söhbəti zamanı Fransa prezidenti Emmanuel Makronun Trampa mobil telefonu ilə zəng etmək və müzakirənin gedişatı barədə məlumatlandırmaq təşəbbüsü ilə çıxış etdiyi bildirilir. …Vaşinqtonda hələ səhər saat 7 olsa da, Tramp zəngə cavab verib və Avropanın tələblərini dəstəkləməyə razılaşıb.
Bunu da “Politico” yazır.
Makron daha sonra jurnalistlərə bildirib ki, təklif olunan atəşkəs əsasən Amerika Birləşmiş Ştatları tərəfindən idarə olunacaq və burada bütün avropalılar iştirak edəcək..? Almaniya kansleri Fridrix Merz Kiyevdə keçirdiyi mətbuat konfransında deyib ki, təşəbbüsümüzü tam dəstəklədiyi üçün Amerika prezidentinə minnətdarıq. O, daha sonra əlavə edib ki, Amerika hökuməti atəşkəsə nəzarət etmək öhdəliyi daşıyır.
Kiyevdə iştirak edən iki avropalı məmur görüşü böyük uğur adlandırıb, xüsusən ona görə ki, liderlər Trampı cəlb edə və onun dəstəyini təmin edə biliblər, baxmayaraq ki, bir məmur Amerika prezidentinin tez fikir dəyişmələrinə meylli olduğunu xəbərdar edib.
…Rəsmilərin sözlərinə görə, indi çox şey Putinin Qərbin tələblərinə necə cavab verməsindən asılıdır.
…Və eyni zamanda, Almaniya hökumətindəki bir mənbə bildirib ki, Merz və onun partiya həmkarları xarici siyasət üzrə müşavirlərinə Rusiya qeyd-şərtsiz atəşkəs çağırışlarını qəbul edərsə, dərhal uzunmüddətli sülh sazişinin hazırlanmasına başlamağı tapşırıblar.
Əli Babayev