Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək. SİA xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 3-dək Bakıda keçiriləcək tədbirə dair məlumat COP29-un Prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai tərəfindən verilib. Muxtar Babayev bildirib ki, COP29-a ev sahibliyi etmək Azərbaycan üçün böyük şərəf olub və əldə edilən nəticələr qürurvericidir. O vurğulayıb ki, iqlim dəyişikliyinin təsirləri davam etdiyi üçün fəaliyyətlər dayanmamalıdır və bu məsələ həm qlobal, həm də regional səviyyədə diqqətdə saxlanmalıdır: “Azərbaycan regionda iqlim tədbirlərində lider…

Daha çox

Azərbaycan və Bəhreyn XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani ilə görüşüb. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Görüş zamanı Azərbaycan və Bəhreyn arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, münasibətlərin gələcək perspektivləri, həmçinin regiondakı və beynəlxalq inkişaflar müzakirə olunub. Növbəti il Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağı məmnunluqla qeyd edilib, bu illər ərzində bir…

Daha çox

Londonda metrosunda elektrik kəsilib…

Londonda baş vermiş elektrik enerjisi kəsintisi paytaxtın metro nəqliyyatında böyük axsamalara səbəb olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Bakerloo” və “Suffragette” metro xətləri tamamilə fəaliyyətini dayandırıb. “Elizabeth”, “Jubilee” və “Northern” xətlərində isə ciddi gecikmələr və qismən dayandırılmalar müşahidə olunub. London Nəqliyyat İdarəsinin (TfL) nümayəndəsi bildirib ki, Londonun cənub-qərbində cəmi bir neçə dəqiqəlik baş verən elektrik kəsintisi milli şəbəkədə (National Grid) yaranan problemə görə bütün sistemin dayanmasına səbəb olub. Nəticədə bəzi qatarlar bir müddət tuneldə ilişib qalıblar. Hazırda metronun normal fəaliyyətini bərpa etmək üçün işlərin davam etdiyi qeyd olunub.

Daha çox

Sloveniyada Mehdi Hüseynzadənin xatirəsi anılıb

Sloveniyanın Nova Qoritsa şəhərində Azərbaycan və Sloveniya xalqının igid oğlu, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin – Mixaylonun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbiri çərçivəsində müharibədə döyüşən azərbaycanlılara və sloveniyalılara həsr olunmuş sərgi təşkil edilib. Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunan və Azərbaycan xalqının faşizm üzərində qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edən “Hədəf Bakıdır” filmi nümayiş etdirilib. Açılış mərasimi Mehdi Hüseynzadənin abidəsinin və xatirə muzeyinin yerləşdiyi…

Daha çox

Azərbaycan-Vyetnam münasibətləri möhkəm və tarixi təməlləri olan dostluğa əsaslanır

Azərbaycanın yerləşdiyi coğrafi məkan, artmaqda olan beynəlxalq nüfuzu, tarixi əhəmiyyətli təşəbbüsləri, yüksəlməkdə olan iqtisadi potensialı ölkəmizi həm Avropa, həm də Asiya coğrafiyasında önəmli aktora çevrilməsini şərtləndirir. Bu kontekstdə Şərqlə Qərb arasındakı loqistik xətlər üzərində müstəsna mövqeyə malik olan respublikamızın son dövrlər çoxvektorlu beynəlxalq və ikitərəfli əlaqələri daha çox diqqət çəkməkdədir. Eyni zamanda Prezident İlham Əliyevin geosiyasi və geoiqtisadi təşəbbüsləri və atdığı düşünülmüş səmərəli diplomatik addımları sayəsində Şimalda Rusiya ilə formalaşmış müttəfiqlik münasibətləri, başda qardaş Türkiyə olmaqla Avrasiya məkanını əhatə edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələrin sürətli inkişafı, son vaxtlar…

Daha çox

Azərbaycan ilk müstəqilliyini 1918-ci ildə qazanıb…

Məmməd Əmin Rəsulzadənin rəhbərliyi altında… “Bütün xalqlar dünyada müstəqilliyə can atırlar və bu müstəqillik əlbəttə hamsına qismət olmur. Azərbaycan isə ilk müstəqilliyini 1918-ci ildə demokratik respublika kimi Məmməd Əmin Rəsulzadənin rəhbərliyi altında qazanmış və müstəqillik kimi bir sənədi tərtib etmişdilər”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Onun sözlərinə görə, bu sənəddə müstəqil Azərbaycan demokratik dövlətinin müstəqilliyin bütün aspektləri hüquqi şəkildə öz əksini tapmışdır: “Daha sonra isə Azərbaycan Respublikası Sovet İttifaqının tərkibində inkişaf etdi və Azərbaycan demokratik respublikanın ömrü o qədər də,…

Daha çox

Rusiyaya qarşı yeni sanksiyalar müzakirə edilib

Ukrayna və Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırıb. SİA-nın məlumatına görə, RBC-Ukrayna Telegram-da xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbıqa deyib. …Biz qarşıdakı günlərdə gələcək sülh səylərini, eləcə də Rusiya atəşkəs və sülh səylərini rədd edərsə, sanksiyalar və digər addımları koordinasiya etdik, – deyə Ukrayna XİN rəhbəri bildirib. Onun sözlərinə görə, müzakirələrdə Böyük Britaniya, Fransa, Almaniya, Polşa, Avropa İttifaqı (Aİ) və ABŞ diplomatları iştirak ediblər. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək hədələrindən danışıb. O,…

Daha çox

Tarif müharibəsinin PƏRDƏARXASI

ABŞ-ın tarif artımlarına qarşı Çinin cavab tədbirləri impulsiv reaksiyalar deyil, Amerikanın illərlə imicinin saxlanmasından sonra qaçılmaz olan strateji hesablanmış addımlardır. Çin məhz qısamüddətli çətinlikləri qəbul etməklə ABŞ-ın ticarət və texnologiya hegemonluğunu qırmaq istəyini gizlətmədiyi kimi, Amerika da öz növbəsində tarif məsələsini rəqabət niyyəti ilə ortaya atıb. Bu mübarizədə, hətta belə demək mümkünsə, müharibədə Çin ilk növbədə ABŞ-ın təzyiqinə təslim olmağın yeganə irəliləyiş yolu olmadığını nümayiş etdirmək istəyir. Məhz tarif müharibəsi deyilən bu mübarizənin pərdəarxasında çox müəmmalı məqamlar gizlənir… Dünyanın iki ən böyük ölkəsi arasında iqtisadi əlaqələr de-fakto pozulub Çin və…

Daha çox

Putinin təklifi Ərdoğana hədiyyə olaraq görülür

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İstanbulda Ukrayna ilə danışıqlar aparmaq təklifini hədiyyə edib, çünki bu, Ankaraya Qərbə təzyiq etmək üçün alət verir. SİA-nın məlumatına görə, bunu Lenta.ru ilə söhbətində politoloq və Türkiyənin Moskvadakı keçmiş ticarət nümayəndəsi Aydın Sezər deyib. Bundan əlavə, ekspert vurğulayıb ki, bu təklif Moskva ilə Ankara arasında münasibətləri gücləndirir, çünki Ərdoğan dəfələrlə Türkiyə tərəfinin Ukraynadakı münaqişənin sülh yolu ilə həllində iştirakında maraqlı olduğunu bildirib. Sezer eyni zamanda Putinin öz hərəkətləri ilə “Qərbə meydan oxuduğunu” və bir çox Qərb rəsmiləri arasında çaşqınlıq yaratdığına diqqət…

Daha çox

Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı, bərpa olunan Qarabağı görürük

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatı olmaqla yanaşı, bu prosesin tezliklə uğurla başa çatacağına əminlik yaradır. Xüsusilə son vaxtlar soydaşlarımızın qayıdış ünvanlarının sayının artması bunu bir daha sübut edir. Tarixi Zəfərimizdən sonrakı dövrün qürurverici məqamlarından biri də bayramlarda, əlamətdar günlərdə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfər etmələridir. Prezident İlham Əliyev bu məkandan xalqa müraciət edərək bir daha bəyan edir ki, bu torpaqların sahibi bizik və burada əbədi olacağıq. Müasir müstəqil Azərbaycan dövlətinin…

Daha çox