Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 12-də davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal…
Daha çoxDay: May 12, 2025
Belarusun onlarla rayonunda spirtli içkilərin satışı qadağan edilib…
…Belarusda spirtli içkilərin satışına ümummilli qadağa tətbiq edilir. Məhdudiyyətlər təkcə kiçik deyil, həm də iri mağazalara, həmçinin rayon şəhərləri və bir çox rayonlara da şamil olunacaq. SİA-nın məlumatına görə, alkoqol almaq müəyyən vaxtdan sonra problemli olacaq, lakin qayda üçün istisnalar var. Qadağa krandan (ruslar buna “razlivnoy” deyirlər-A.B.) alkoqollu içkilər satan pərakəndə satış məntəqələrinə təsir etməyəcək. Bundan əlavə, ritual mərasimlərin və toyların keçirilməsi üçün spirtli içkilər alına bilər. Siyahıya yerli hakimiyyət orqanlarının müvafiq qadağa qəbul etdiyi onlarla rayon daxildir. Bütün bu sənədlərin bir ümumi cəhəti var: spirtli içki satışına qadağa mayın…
Daha çoxBaşlıbel faciəsi şahidinin dedikləri…
“Ermənistan ordusunun hərbçiləri mülki əhalini görən kimi heç bir sual vermədən öldürürdülər…” Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndinin əhalisinin məhv edilməsi zamanı zərərçəkmiş şəxs Habil Ələsgərov ifadə verib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, H.Ələsgərov ifadəsində Kəlbəcərin Ermənistan ordusu tərəfindən işğal olunduğu xəbərini radio vasitəsilə aldıqlarını deyib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Başlıbelə hücumundan xəbər tutan insanlar tunel istiqamətində gedərək kəndi tərk etməyə çalışıblar. Lakin görüblər ki, ermənilər Kəlbəcəri mühasirəyə alıb. “Aprelin 5-də…
Daha çoxSimonyan məhkəməyə çağırış vərəqəsi alıb
“Russia Today” media qrupunun və Russia Today (RT) kanalının baş redaktoru Marqarita Simonyan Kiyev məhkəməsinə çağırış aldığını bildirib. SİA-nın məlumatına görə, telegram kanalında o, məhkəmə bildirişinin fotosunu dərc edib. Sənədin mətninə görə, Simonyan 2025-ci ilin iyununda Kiyevin Şevçenkivski rayon məhkəməsində cinayət işinə baxmalıdır. …Mənə iyunun 19-u üçün məhkəməyə çağırış vərəqəsi göndərilib. Nə optimistlərdir. Kiyevi yaya qədər alacağımıza əmin deyiləm. Amma bunu qəbul etsək, təbii ki, ortaya çıxacağam. Rusiya məhkəmələrinə hörmətlə yanaşıram. Simonyan bunu çağırış vərəqəsinin fotoşəkili ilə yanaşı yazıb. Bundan əvvəl Simonyan Kiyevə gedən qatarda “şübhəli bağlama” gizlədən Fransa prezidenti…
Daha çoxAlmatıda “Qərbi Azərbaycana Qayıdış Çağırışları” mövzusunda forum…
Qazaxıstanın Almatı şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” adlı tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, forum Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, UNESCO-nun Qazaxıstan nümayəndəliyi, Dünya Axısxa Türkləri Birliyi (DATÜB), “İpəkyolu” İctimai Diplomatiya Vəqfi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutub. Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadə Qazaxıstanın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi mövqedən danışıb. O, rəsmi Astananın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyin…
Daha çoxABŞ Çin məhsullarına tətbiq etdiyi rüsumları 145 faizdən 30 faizə endirib
ABŞ və Çin son tariflərin əksəriyyətini geri götürmək və ticarət mübahisələrini həll etmək üçün ticarət müharibəsində 90 günlük barışıq elan etmək barədə razılığa gəliblər. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir ölkəsinin Çin mallarına tətbiq etdiyi 145 faiz tarif dərəcəsini 30 faizə, Çin isə eyni məbləğdə ABŞ mallarına tətbiq etdiyi tarifi 10 faizə endirməyə razı olduğunu açıqlayıb. Tarif azalması ilə bağlı bəyanat Cenevrədə iki ölkə nümayəndə heyətinin görüşü ilə bağlı mətbuat konfransında verilib. İki qlobal iqtisadi gücün bəyanatı birjaların kəskin yüksəlməsinə səbəb olub.
Daha çox“Prezidentin Qarabağa hər səfəri böyük hadisə ilə yadda qalır”
“Cənab Prezident İlham Əliyevin Qarabağa hər səfəri böyük hadisə ilə yadda qalır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. O bildirib ki, səfərlər çərçivəsində həm müxtəlif inzibati, yaşayış binalarının açılışı olur, təməlqoyma mərasimləri keçirilir: “Bütün bu hadisələr və Qarabağın yeni tarixinə yazılan səhifələr qələbəmiz və cənab Prezidentin müdrik siyasəti ilə bağlıdır. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurda açılışı olan müəssisələr Azərbaycan iqtisadiyyatına töhfə verir, yeni iş yerlərinin yaradılmasına səbəb olur, bölgənin inkişafını stimullaşdırır, bölgəyə sərmayənin cəlbediciliyini artırır. Xüsusilə vurğulamaq lazımdır ki, Ağdamda Muğam Mərkəzinin, Mədəniyyət evinin istifadəyə verilməsi bölgədə incəsənət,…
Daha çoxTramp mayın 15-də İstanbula gələ bilər…
ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna nümayəndə heyətlərinin mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan görüşündə iştirak edə biləcəyini bildirib. SİA-nın məlumatına görə, bu barədə Reuters xəbər verir. Ağ Ev rəhbərinin sözlərinə görə, o, qarşıdan gələn görüşlə bağlı nikbindir. Eyni zamanda Tramp bu görüşdə Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenskinin də iştirak edə biləcəyini də bildirib. Lakin Tramp təyin olunan gündə İstanbula səfər edə biləcəyinə hələlik əmin deyil. Ağ Ev rəhbərinin aydınlaşdırdığı kimi, onun artıq mayın 15-nə planlaşdırılan çoxlu görüşləri var. …Mən təkid etdim ki, bu görüşün baş tutması və…
Daha çoxAzərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək
COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək. SİA xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 3-dək Bakıda keçiriləcək tədbirə dair məlumat COP29-un Prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai tərəfindən verilib. Muxtar Babayev bildirib ki, COP29-a ev sahibliyi etmək Azərbaycan üçün böyük şərəf olub və əldə edilən nəticələr qürurvericidir. O vurğulayıb ki, iqlim dəyişikliyinin təsirləri davam etdiyi üçün fəaliyyətlər dayanmamalıdır və bu məsələ həm qlobal, həm də regional səviyyədə diqqətdə saxlanmalıdır: “Azərbaycan regionda iqlim tədbirlərində lider…
Daha çoxAzərbaycan və Bəhreyn XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani ilə görüşüb. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Görüş zamanı Azərbaycan və Bəhreyn arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, münasibətlərin gələcək perspektivləri, həmçinin regiondakı və beynəlxalq inkişaflar müzakirə olunub. Növbəti il Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağı məmnunluqla qeyd edilib, bu illər ərzində bir…
Daha çox