“Prezident İlham Əliyevin 10 mayda Ağdama səfər etməsi və orada bir sıra obyektlərin və eyni zamanda Ağdam Muğam Mərkəzinin açılışını etməsi çox əlamətdar bir hadisədir. Bu səfərin məhz Ulu Öndərin ad günündə həyata keçirilməsi Onun xatirəsinə ən böyük töhfədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, Ulu Öndərimiz Heydər Əliyevin istəklərindən biri torpaqlarımızın işğaldan azad olunması idi və soydaşlarımızın öz ata-baba yurdlarına qayıtması idi: “Bu gün Ulu Öndərimizin o arzusunu cənab Prezidentimiz reallaşdırır. Eyni zaman da məlumdur ki, ölkə Prezidentinin sərəncamı ilə Birinci Qayıdış Dövlət Proqramı qüvvədədir. Bu proqram çərçivəsində həyata keçirilən tədbirlər yüksək səviyyədə yerinə yetirilir. Məlumdur ki, bu müddət ərzində 19 milyard manata qədər vəsait yönəldilib. Bərpa işlərinin daha uğurla həyata keçməsi üçün proritet məsələlərdən ən birincisi vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtması, onların məşğulluğunun təmin olunması, infrastrukturların yaradılması kimi proseslər artıq yüksək tərzdə davam edir. Sənaye, kənd təsərüffatı və turizmin inkişafı üçün müvafiq addımlarda atılıb.
Ümumilikdə həm Qarabağda, həm də Şərqi Zəngəzurda bizim böyük iqtisadi potensialımız mövcuddur. Bu iqtisadi potensialın ölkə iqtisadiyyatına inteqrasiya olunması üçün atılan addımlar öz müsbət nəticəsini verməkdədir. Cənab Prezidentimizin işğaldan azad olunan ərazilərə son səfəri bir daha Qarabağda və Şərqi Zəngəzurda görülən işlərə yeni bir təkan verəcək və yaxın müddətdə bütün soydaşlarımızın öz ata-baba yurdlarına qayıdacaqlarına heç bir şübhə ola bilməz”.