Azərbaycan və Somali aqrar əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və Somali arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, nazir Məcnun Məmmədov Somalinin kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir bildirib ki, Prezident İlham Əliyev Afrika ölkələri, o cümlədən Somali ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. O, kənd təsərrüfatının gələcək əməkdaşlıq üçün ən perspektivli sahələrdən biri olduğunu, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu qeyd edib. M.Məmmədovun sözlərinə görə,…

Daha çox

Söz ağızdan çıxdısa, artıq sənin deyil..

Əgər sözlərimizi idarə edə bilsəydik, həyat necə olardı? Bəzən bir söz çıxır ağızdan, sonra saatlar, bəzən illər boyu gəzib dolaşır yaddaşlarda. Kiməsə toxunur, kimisə parçalayır. Və sən nə qədər desən də, “elə demək istəməmişdim” – artıq gec olur. Çünki söz, bir dəfə uçmağa başlayan quş kimidir və qayıdanda heç vaxt əvvəlki kimi olmur. Antik dövr filosofu Aristotel demişdi: “Əgər söz ağızdan çıxdısa, o artıq sənin deyil.” Bu fikir bir zamanlar yunan forumlarında danışılan məntiqli çıxışların arxasında dayanan fəlsəfi ağıl idi. Amma bu gün, min illər sonra, o sözlər bizim ağızımızdan,…

Daha çox

Kür çayında suyun səviyyəsi yüksəlib

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz-yay gursululuq dövrü müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Bildirilib ki, bu dövrdə çaylarda suyun səviyyəsinin artması təbii proses sayılır. Kür çayı üzərində yerləşən Şəmkir, Yenikənd və Mingəçevir su anbarlarında çoxillik nizamlama rejiminə uyğun olaraq su yığımı həyata keçirilir. Mingəçevir su anbarından artıq suların aşağıya ötürülməsi Nazirlər Kabineti və digər aidiyyəti qurumlarla razılaşdırılaraq daimi nəzarət altında saxlanılır. 2010-cu il daşqın hadisələrindən…

Daha çox

Azərbaycanda ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun maliyyələşmə mənbələri genişləndirilib

Nazirlər Kabineti 22 fevral 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”də dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra fond qeyri-qanuni heyvan ovuna görə təbiətə dəymiş ziyana görə daxilolmalar hesabına da formalaşdırılır.

Daha çox

Azərbaycan və Bəhreyn XİN başçıları arasında geniştərkibli görüş baş tutub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynin xarici işlər naziri Raşid Alzayani ilə genişləndirilmiş formatda görüş keçirib. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, nazirlər görüşdə ikitərəfli münasibətlərin cari vəziyyətini müzakirə edib, iki ölkə arasında gələcək əməkdaşlıq imkanlarını araşdırıblar. Müzakirələr siyasi dialoq, ticarət və iqtisadi əməkdaşlıq, humanitar təşəbbüslər daxil olmaqla geniş sahələri əhatə edib. Hər iki tərəf yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm siyasi məsləhətləşmələr və strukturlaşdırılmış iqtisadi əməkdaşlıq mexanizminin yaradılması vasitəsilə qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Nazirlər BMT, İƏT, QH və…

Daha çox

Azərbaycana əkin üçün gətirilən bəzi bitkilər gömrük rüsumundan azad edilir

Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiqedici sənədinə əsasən, əkin məqsədilə ölkəyə gətirilən ağaclar, kollar, kolcuqlar, ot bitkiləri idxal gömrük rüsumuna cəlb olunmur. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Daha çox

Kəngərli kəndi – Qarabağın mədəniyyətinin və tarixinin əhəmiyyətli bir parçası

44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən qüdrətli Azərbaycan yeni mərhələdə də strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir. Azərbaycan postmüharibə mərhələsində strateji fəaliyyətini uğurla davam etdirir. Qeyd edək ki “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə hazırlanmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nın əsasını Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, regiona əhalinin geri qayıdışının təmin edilməsi, bölgənin…

Daha çox

Milli Məclisdə dinləmələr keçiriləcək

Milli Məclisdə “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda dinləmələr təşkil olunacaq. SİA xəbər verir ki, bununla bağlı məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin mayın 14-ü keçiriləcək genişləndirilmiş iclasının gündəliyinə daxil edilib.

Daha çox

Bakıda Eqmont Qrupunun Komitə İclası keçiriləcək

Sabahdan başlayaraq 3 gün ərzində Bakıda Maliyyə Monitorinq Xidmətinin (MMX) təşkilatçılığı ilə müxtəlif ölkələrdən maliyyə monitorinqi qurumlarını bir araya gətirən Eqmont Qrupunun Komitə İclası keçiriləcək. SİA bu barədə Xidmətə istinadən xəbər verir. Eqmont Komitəsi Eqmont Qrupunun daxilindəki bütün qurumların fəaliyyətini əlaqələndirən əsas struktur kimi çıxış edir. Bu əlaqələndirmə Eqmont Qrupunun 2022-2027-ci illəri əhatə edən strategiyasının uğurla həyata keçirilməsində önəm kəsb edir. Eqmont Komitəsi Eqmont Qrupunun rəhbərliyi, icraçı katib, işçi və regional qrupların rəhbərlərindən ibarətdir. Təxminən 20 yurisdiksiyadan olan maliyyə monitorinqi orqanları nümayəndələrinin tədbirdə iştirakı gözlənilir. Həmin nümayəndələr Eqmont Qrupunun dünya…

Daha çox

Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında memorandum parlamentdə müzakirə olunacaq

Milli Məclisdə Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu müzakirə olunacaq. SİA xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin mayın 14-ü keçiriləcək genişləndirilmiş iclasının gündəliyinə daxil edilib.

Daha çox