Bu gün ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqların dördüncü turu keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə “Mehr” məlumat yayıb.
Qeyd edək ki, dünən İran xarici işlər naziri Abbas Araqçi ABŞ-la bərbər Avropa, Rusiya və Çinlə danışıqlar apardıqları bildirib. Tehranın nüvə silahı yaratmağa çalışmadığını söyləyən Abbas Araqçi İranın nüvə zənginləşdirilməsi də daxil olmaqla, nüvədən energetika üçün istifadəsinin müzakirə mövzusu olmadığını vurğulayıb.