Ötən gün Türkiyənin Çanaqqala vilayətində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. İyirmi nəfər isə yaralı olaraq xəstəxanalara yerləşdirilib. SİA xəbər verir ki, hadisə ilə bağlı Çanaqqala valisi Ömer Toraman açıqlama verib. Bildirilib ki, qəza nəticəsində ölənlərdən biri yük maşınının sürücüsüdür. Avtobusda ümumilikdə 25 nəfər olub. Onlardan beşi hadisə yerində, üçü isə xəstəxanada həyatını itirib. 20 nəfərin müalicəsi davam edir, onlardan bəzilərinin vəziyyəti ağırdır. Türkiyədə daha bir qəza İstanbulda baş verib. Şəhərin Beylikdüzü rayonunda iki “metrobus” toqquşub. Hadisə zamanı bir nəfər həlak olub. 40 nəfər…
Daha çoxDay: May 11, 2025
ABŞ Ukraynaya irimiqyaslı silah tədarükünü təsdiqlədi
ABŞ administrasiyası Ukraynaya irimiqyaslı silah paketinin təhvil verilməsinə icazə verib. SİA xəbər verir ki, bu barədə “The New York Times” rəsmi mənbələrə istinadla məlumat yayıb. Bildirilib ki, buraya HIMARS və MARS II sistemləri üçün 125 uzaqmənzilli artilleriya raketi, həmçinin Patriot hava hücumundan müdafiə sistemləri üçün 100 tutucu raket daxildir. Zenit raketləri Almaniyadan tədarük ediləcək. Bu qərar əvvəlki tədarüklərlə bağlıdır – Ukrayna bundan əvvəl İsraildə saxlanılan 90-a yaxın Patriot raketi almışdı. Hərbi yardımın yeni tranşı Qərb müttəfiqlərinin Ukraynaya davamlı dəstəyini nümayiş etdirir.
Daha çoxFridrix Merz Kiyevdən Putinə xəbərdarlıq edib…
Qərb sərt cavab verməyə hazırdır… …Almaniyanın yeni kansleri Fridrix Merz Kiyevə ilk səfəri zamanı atəşkəsə çağırıb və Rusiya diktatoru Vladimir Putini sanksiyalarla hədələyib. SİA-nın məlumatına görə, bu barədə UNİAN xəbər verir. …Biz 30 günlük atəşkəsə çağırırıq ki, bu müddət ərzində sülh danışıqları hazırlansın. İndi top Putinin meydançasındadır və o, bu təklifə cavab verməlidir. Bunu deyən almaniyalı kansler xəbərdarlıq edib ki, Kreml atəşkəslə razılaşmasa, Qərb sərt cavab verməyə hazırdır. …İmtina ediləcəyi təqdirdə sanksiyaların ciddi şəkildə sərtləşdirilməsi və Ukraynaya geniş miqyaslı dəstək – siyasi, maliyyə və hərbi…
Daha çox“Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm də…”
Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı səsləndirib. “Biz açıq-aydın başa düşürdük və görürdük ki, hansı qüvvələr Ermənistana dəstək verir, hansı qüvvələr onların arxasındadır, hansı qüvvələrlə biz üz-üzə gələ bilərik və gəlmişik də. Amma bu, bizi çəkindirmədi. Artıq biz “öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli…
Daha çoxPutin parad zamanı “yaman pis vəziyyətə” düşüb..?
Amerikalı analitiklər detalları açıqlayıb… …Yenə də, mən yox,.. amma deyirlər ki, guya Putinin paradda Ukraynaya qarşı müharibədən danışmağa heç bir əsası olmayıb deyə, buna görə də heç nə danışmayıb. …Yenə də deyirlər ki, yenə guya son bir ildə Rusiya ordusu Rusiya lideri Vladimir Putinin qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib. Belə ki, ruslar ötən ilin fevralında Avdeevkanın işğalından sonra Ukraynanın bir dənə də olsun mühüm şəhərini ələ keçirə bilməyiblər və həmçinin Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çata da bilməyiblər. Ona görə də…
Daha çoxPrezidentdən mühüm mesaj…
Prezidentdən mühüm mesaj…
Daha çoxUkrayna partizanları Sankt-Peterburqdakı müdafiə zavoduna soxulublar…
Şirkət raketlər üçün pilotsuz təyyarələr, radarlar və təyinat sistemləri yaradır… …Partizanlar Sankt-Peterburqda Rusiya hərbi-sənaye kompleksi üçün vacib olan zavodda kəşfiyyat aparıblar. Qeyd edilir ki, bu şirkət raketlər üçün pilotsuz təyyarələr, radarlar və təyinat sistemləri yaradır. SİA-nın məlumatına görə, bu barədə “ATEŞ” partizan hərəkatının Telegram kanalı bildirib. Belə ki, agentlər Rusiyanın hərbi potensialının saxlanmasında əsas rol oynayan obyektlərin müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirirlər. …Bu dəfə onlar Sankt-Peterburqda yerləşən “Elmi-İstehsalat Müəssisəsi Radar MMS” səhmdar cəmiyyətinin uğurlu kəşfiyyatını həyata keçiriblər. Bu, məlumatda deyilir. Kəşfiyyat zamanı “ATEŞ” agentləri təhlükəsizlik rejimini…
Daha çoxUlu Öndərin 102 illiyi Azərbaycan Ordusunda ehtiramla anılıb
Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana uyğun olaraq Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyindən bildirilib ki, tədbirlər planına əsasən Ulu Öndərin bölgələrdəki abidələri ziyarət olunub, önünə gül dəstələri düzülüb, ictimai-siyasi hazırlıq məşğələləri, dəyirmi masalar və konfranslar təşkil edilib. Həmçinin tarixi şəxsiyyət Heydər Əliyevə həsr olunan sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, viktorinalar, mədəni-kütləvi, vətənpərvərlik tədbirləri və müxtəlif idman yarışları keçirilib. Şəxsi heyət, ictimaiyyət və Azərbaycan Respublikasının xarici ölkələrdə…
Daha çoxKreml Ukraynada atəşkəs üçün yeni ultimatum verib…
Peskov Moskvanın yeni tələbini səsləndirib… …Kremlin sözçüsü Dmitri Peskov Rusiyaya Ukraynada atəşi dayandırmaq üçün yeni şərt elan edərək bildirib ki, Qərb Kiyevə silah tədarükünü dayandırmalıdır. SİA-nın məlumatına görə, o, bu barədə ABC News-a müsahibəsində bildirib. …Əks halda, bu, Ukrayna üçün üstünlük olacaq. Ukrayna cəbhə xəttinə yeni qoşunlar təhvil verərək total səfərbərliyini davam etdirəcək. Ukrayna bu müddətdən yeni hərbi kadrlar hazırlamaq və artıq xidmətdə olanlara istirahət vermək üçün istifadə edir. Deyilənlərə görə, Peskov bunu kinli şəkildə deyib. O, həmçinin Ukraynanın guya “təcili danışıqlara hazır olmadığı” barədə Rusiyanın rəvayətini…
Daha çoxTürkmənistanda Ulu Öndərə həsr olunmuş enerji konfransı təşkil edilib
Azərbaycanın Türkmənistandakı səfirliyinin təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Aşqabad şəhərində “Heydər Əliyev-enerji diplomatiyası: Yaşıl dünya naminə həmrəylik” adlı konfrans keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib. Konfransda çıxış edən Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, ölkəmizin rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə dövlətimizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında məlumat verib. Q.Gözəlov bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın qurucusu olaraq, ölkənin enerji siyasətinin formalaşdırılmasında əvəzsiz…
Daha çox