Rusiyada Şimali Koreyalı döyüşçülərin xatirəsi əbədiləşdiriləcək





Belə ki, Kursk vilayətinin azad edilmiş ərazilərində koreyalı döyüşçülərin şərəfinə küçələr və abidələr peyda olacaq…



SİA-nın məlumatına görə, Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora Kursk vilayətində Koreya Xalq Ordusunun əsgərlərinin şərəfinə küçələrin adlandırılması və obelisklərin qoyulması planlarını açıqlayıb.

Təşəbbüs rayonun azad edilməsində iştirak edən əsgərlərin xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.

Qeyd edək ki, səfir bunu qələbənin 80 illiyi ilə bağlı keçirilən mərasimdə bildirib.

Onun sözlərinə görə, bu abidələr Kursk vilayətinin işğaldan azad edilmiş yaşayış məntəqələrində peyda olacaq.

Matseqora yaxın vaxtlarda rayonda memorial obelisklərin ucaldılacağına, bərpa olunan küçələrə koreyalı döyüşçülərin adının veriləcəyinə əminliyini ifadə edib.

O, bu əsgərlərin şücaətinin rus xalqının yaddaşında əbədi qalacağını vurğulayıb. Bu təşəbbüs koreyalı hərbçilərin töhfələrinin xatirəsinin qorunmasının vacibliyindən dəfələrlə danışan Rusiya prezidenti Vladimir Putin tərəfindən dəstəklənir.

Yeni memorialların Rusiya və Çimalı Koreya arasında hərbi qardaşlığın simvoluna çevriləcəyi planlaşdırılır. Onlar Böyük Vətən Müharibəsinin anım ənənəsini davam etdirərək müasir təhlükələrə qarşı birgə mübarizənin xatırladıcısı kimi xidmət edəcəklər.

Əli Babayev

Əlaqəli Xəbərlər